Məzmunlu və yaddaqalan

Hər il respublikanın bütün ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri keçirilir.Məzmunlu və yaddaqalan2014-2015-ci tədris ilinin son zəng tədbirlərindən biri Təzəkənd tam orta məktəbində təntənəli şəkildə qeyd olundu. Tədbirin keçirilməsi üçün məktəb kollektivləri böyük hazırlıq işləri aparıb. Kollektiv bilik bayramının yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər ərzində yadda qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər. Son zəng tədbiri həmişə olduğu kimi, bu dəfə də Dövlət himninin sədaları ilə başladı. Daha sonra məktəbi bitirən üç məzun əllərində dövlət bayrağı meydana daxil olublar, bayrağı növbəti dərs ilinin onbirinci sinif şagirdlərinə təqdim etdilər.
“Son zəng” tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan Təzəkənd tam orta məktəbinin direktoru Elxan Bədəlov çıxışını ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözləri ilə başladı. Məktəbin direktoru Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı. O, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi və builki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı. E.Bədəlov həmçinin gözəl, hər cür tələblərə cavab verən məktəbə görə, məktəb kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
İsmayıllı təhsilində Təzəkənd tam orta məktəbinin uğurlarına verdiyi yüksək dəyərə görə məktəbdə keçirilən tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə məlumat verdi. İcra başçısı ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyətləri barədə danışdı. İcra başçısı məzunlara xoş arzularını çatdırdı, onları həyatda, təhsildə, xalq və Vətən üçün gərəkli olan işlərdə öncül olmağa dəvət etdi.
Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova məzunları təbrik edərək onlara uğurlar arzuladı.
Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi, müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.
Ismayıllı rayonunun qabaqcıl məktəblərindən olan Təzəkənd tam orta məktəbi bu il özünün 48-cı buraxılışını keçirib. Məktəbdə hazırda 287 şagird təhsil alır. Bu il 2 sinif üzrə 40 şagird təhsilini başa vurur.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışları iştirakçıların çox xoşuna gəldi. Məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını çatdırdılar.
Bir məktəbin nümunəsində rayonun əksər təhsil ocaqlarında “Son zəng” tədbirinin maraqlı, məzmunlu və yaddaqalan keçməsinə tam ümidvar olduq.
Səadət Rəhimova
Məzmunlu və yaddaqalan
Məzmunlu və yaddaqalan
Məzmunlu və yaddaqalan
Məzmunlu və yaddaqalan

Şərh Yaz