Təşəkkür edirik

Hörmətli Mirdaməd müəllim!Təşəkkür edirikBir müəllim ailəsi kimi (həyat yoldaşım və övladım məktəbdə çalışır, bundan əlavə, iki övladım tələbədir) Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk ki, Sizi, iqtisadçı alimi İsmayıllı rayonuna icra başçısı təyin edib. Bir müəllim kimi qeyd edirəm ki, mən daim kənd ictimaiyyətinin arasındayam, müxtəlif adamların fikirlərini eşidirəm. Sizin Diyallı kəndinə göstərdiyiniz xüsusi diqqət və qayğı hər birimizin qəlbində gözəl təəssürat yaratmışdır. Böyük əksəriyyət bunları görür, yüksək qiymətləndirir. Nəinki kəndimizdə, həm də rayon mərkəzində, digər yaşayış məntəqələrində görülən işləri hamı bəyənir, yüksək dəyərləndirir.
Abadlıq işləri davam etdirilir. Ancaq bunları qiymətləndirməyənlərə az da olsa rast gəlinir. Ağa-qara deyən bədxahlar təəssüf ki, kəndimizdə də var. Diyallı üçün gördüyünüz işləri görüb onlara göz yummaq korluqdan başqa bir şey deyil. Seçkilərdə göstərdikləri sədaqətləri ilə seçilən Diyallı kənd sakinləri dövlətə, Prezidentə sadiq olduqlarını bir daha sübut etdilər.
Hörmətli Mirdaməd müəllim, xalqın rifahı naminə yorulmaq bilmədən çalışdığınız üçün Sizə bir daha minnətdarlığımızı bildiririk. Əmin ola bilərsiniz ki, biz həmişə ölkə başçımıza və Sizə dəstək olacağıq. Sizə möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə:
Məzahir Tapulov,
Diyallı kənd tam orta məktəbinin tarix müəllimi, Qabaqcıl təhsil işçisi

Şərh Yaz