Yurduma bağlıyam, olsam da harda…

İstedadlı aşıq həmyerlimiz, söz, sənət ustası Aşıq Yanvar Bədəlovun yetirməsi, ustadı ilə bərabər rayonumuzun əksər mədəni-kütləvi tədbirlərində böyük həvəs və ustalıqla iştirak edən Aşıq Elman Mehdiyev qəflətən üz verən xəstəlikdən əziyyət çəkir. Г‡ətin, üzüntülü dəqiqələrində də özünü el, camaat arasında duyan aşıq redaksiyamıza kiçik bir şeir göndərib:Yurduma bağlıyam, olsam da harda...Yetim qalar
Bu cavan ömrümə qıyma, İlahi,
Üç başı ləçəkli qız yetim qalar.
Ömür bağçasında solar güllərim,
Bahar yetim qalar, yaz yetim qalar.

Bürüyər hər yanı ah, aman səsi,
Yoxluğum yandırar dost olan kəsi,
Ömür yoldaşımın solar çöhrəsi,
İşvə yetim qalar, naz yetim qalar.

Elmanam, yol getdim boranda, qarda,
Yurduma bağlıyam, olsam da harda.
Həmişə – şənlikdə, toyda, mağarda,
Sinəmə sıxdığım saz yetim qalar.

Respublika Klinik Xəstəxanası
02 mart 2015-ci il

Şərh Yaz