İdmana diqqət böyükdür

13-14 aprel 2015 – ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.İdmana diqqət böyükdürTədbiri rayon Gənclər və İdman İdarəsi rəisi Taleh Salehov açaraq iştirakçılara Ulu öndərin yürütdüyü uğurlu siyasətdən bəhs edib, idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan, verdiyi dəyərdən danışıb. Bu siyasətin indi də Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
10 komandanin qatildiğı yarışda I yeri şəhər 5 nömrəli, II yeri şəhər 3 nömrəli, III yeri şəhər 1 nömrəli tam orta məktəbin komandası tutub. Spartakiadanın sonunda bütün qalib komandalara Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrii təqdim olunacaq.
B. Səfərəliyev

Şərh Yaz