Təfəkkürümüzü zənginləşdiririk

17 aprel 2015-ci il tarixdə rayon Mərkəzi Kitabxananın qiraət zalında MKS-in xidmət şöbəsinin və şəhər 3 nömrəli tam orta məktəb-liseyi şagirdlərinin birgə hazırladığı tədbir keçirilib.Təfəkkürümüzü zənginləşdiririkTədbir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunub.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii təfəkkürümüzün zənginləşməsində mühüm rol oynamışdır. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində apardığı araşdırmalarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılamışdır.
Tədbirdə şəhər 3 nömrəli orta məktəb-lisey şagirdlərinin ifasında B.Vahabzadənin “Atılmışlar” poemasından kiçik bir səhnə nümayiş edilib.
Şükufə Səmədova,
kitabxananın əməkdaşıTəfəkkürümüzü zənginləşdiririk

Şərh Yaz