Qadınlar təbrik edilib

Mart ayının 6-da İsmayıllı bələdiyyəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib.Bələdiyyə sədrinin müavini Cümşüd Hacıyev son illərdə ölkəmizdə və rayonumuzda gedən inkişafdan, uğurla aparılan dövlət siyasətindən, qadınlara göstərilən yüksək diqqət və qayğıdan, onların ictimai-siyasi fəallığı, rayonun sosial-iqtisadi və mədəni həyatındakı rolundan danışıb.
C.Hacıyev bələdiyyə üzvü olan və bələdiyyə qulluğunda çalışan qadınları əziz bayramları münasibəti ilə təbrik edib. Tədbirdə iştirak edən qadınlar xüsusi təbrikə və onlara təqdim olunan hədiyyələrə görə təşəkkür ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz