Balacalarla çərşənbə bayramı

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi qeyd olunub. Balacalarla çərşənbə bayramıTədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, Uşaq İncəsənət Məktəbinin müəllimi Ceyran Ağayeva, eyni zamanda mətbuat nümayəndələri iştirak ediblər.
Şəhərin uşaq bağçalarını təmsil edən körpələr, Heydər Əliyev Mərkəzinin nəzdindəki məktəbəqədər hazırlıq kursunun şagirdləri müxtəlif səhnəcik və rəqslər nümayiş etdiriblər. Maraqlı viktorinaların keçirilməsi, Novruz bayramı ilə əlaqəli milli adət-ənənələrin yetişən nəslə aşılanması başlıca məqsəd olub.
Tədbirdə fəallıq nümayiş etdirən balacalara hədiyyələr təqdim olunub.
Gülnarə Mirzəliyeva

Şərh Yaz