Möhtəşəm bayram şənliyi

Qədim tarixə malik Yeni il bayramı dünyanın əksər ölkələrində xüsusi təmtəraqla qeyd olunur. Miladi təqvimlə köhnə ilin arxada qalmasını bayram edən insanlar, yeni ilin daha xoş keçəcəyinə inanaraq şənlənirlər. Bu bayram İsmayıllının Mərkəzi meydanında gənclərin, uşaqların, onlarla bərabər buraya təşrif buyurmuş valideynlərin iştirakı ilə keçib.
Möhtəşəm bayram şənliyiMöhtəşəm bayram şənliyi

Qədim tarixə malik Yeni il bayramı dünyanın əksər ölkələrində xüsusi təmtəraqla qeyd olunur. Miladi təqvimlə köhnə ilin arxada qalmasını bayram edən insanlar, yeni ilin daha xoş keçəcəyinə inanaraq şənlənirlər. Bu bayram İsmayıllının Mərkəzi meydanında gənclərin, uşaqların, onlarla bərabər buraya təşrif buyurmuş valideynlərin iştirakı ilə keçib.
İllərin qovuşacağı anı meydanda gözləyənlər axşam saatlarından başlayaraq şənliyə qatılmış, oynaq, rəngarəng işıqlarla bəzədilmiş yolkanın ətrafında bayram sevinclərini bölüşüblər. At ilini yola salanlar Şaxta baba, Qar qız və nağıl qəhrəmanları ilə şəkillər çəkdirib, musiqi sədaları altında rəqs ediblər.
İlin son iki saatı bayram konsertinin sədaları altında keçib. Tədbirin ilk musiqi töhfəsi “Tərəqqi” medallı el nəğməkarı Sahibə Abdullayevadan gəlib. Ona doğum günü və bayram münasibəti ilə hədiyyə təqdim olunub.
Möhtəşəm bayram şənliyi

Bayram şənliyinə qatılan yüzlərlə rayon sakini At ilinin öz yerini Qoyun ilinə verəcəyi son dəqiqələrdə Prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikini dinləmək imkanı qazanıblar. Prezident bütün ölkə vətəndaşlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edib. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıb.
İllərin qovuşduğu anda atəşfəşanlıq olub. Tədbir iştirakçıları təşkil olunmuş bayram şənliyinin möhtəşəmliyini bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz