İlin son müsabiqəsi

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikası qanunundan irəli gələn vəzifələri yerinə yetirmək, məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş “Həyəcan təbili” devizi altında ekoloji plakatlar üzrə məktəblilərin Respublika baxış müsabiqəsinin rayon mərhələsi 30 noyabr 2014-cü il tarixdə başa çatmışdı. Rayon mərhələsinə təqdim olunan 36 ekoloji məzmun kəsb edən plakatdan 3-ü münsiflər heyəti tərəfindən seçilərək, baxış müsabiqəsinin Respublika Təşkilat Komitəsinə göndərilmişdi.
İlin son müsabiqəsiƏhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikası qanunundan irəli gələn vəzifələri yerinə yetirmək, məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş “Həyəcan təbili” devizi altında ekoloji plakatlar üzrə məktəblilərin Respublika baxış müsabiqəsinin rayon mərhələsi 30 noyabr 2014-cü il tarixdə başa çatmışdı. Rayon mərhələsinə təqdim olunan 36 ekoloji məzmun kəsb edən plakatdan 3-ü münsiflər heyəti tərəfindən seçilərək, baxış müsabiqəsinin Respublika Təşkilat Komitəsinə göndərilmişdi.

İlin son müsabiqəsi

Rayon mərhələsində birinci yerə ET və TM-nin dərnək üzvü Pərvin Əşrəflinin, ikinci yerə Nuranə Nurinin, üçüncü yerə Günel Nağızadənin müəllifi olduqları plakatlar layiq görülmüşdü.
19 dekabr 2014-cü il tarixdə Bakı şəhərində baxış-müsabiqənin Respublika turu keçirilmişdir. Rayon ET və TM-nin dərnək üzvü, Ağahüseyn Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbinin VI sinif şagirdi Pərvin Əşrəfli “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişməsinə qarşı dözümlülüyün artırılması” layihəsi ilə fərqlənmişdir. Buna görə Pərvin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycandakı nümayəndəliyi tərəfindən Diplomla təltif edilmiş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
İlhamə Hüseynova,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbəri

Şərh Yaz