Qayğıkeş, səmimi və mehriban

Xoşbəxt gənclik illəri yaşamış, həyatın acısını, şirinini dadmış, sadə, səmimi bir insan, sevimlimiz, xoş üzlü, saf qəlbli, Azərbaycan qadınına məxsus xanım-xatınlığı özündə cəmləmiş Elmira müəllimin ömrünün altıncı onilliyi tamamlandı.
Elmira Bayram qızı Aslanova 1954-cü ilin dekabr ayının 24-də İsmayıllı rayonunun Mican kəndində ziyalı ailəsində anadan olub.
Qayğıkeş, səmimi və mehribanXoşbəxt gənclik illəri yaşamış, həyatın acısını, şirinini dadmış, sadə, səmimi bir insan, sevimlimiz, xoş üzlü, saf qəlbli, Azərbaycan qadınına məxsus xanım-xatınlığı özündə cəmləmiş Elmira müəllimin ömrünün altıncı onilliyi tamamlandı.
Elmira Bayram qızı Aslanova 1954-cü ilin dekabr ayının 24-də İsmayıllı rayonunun Mican kəndində ziyalı ailəsində anadan olub.
1961-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbi bitirib. Elə həmin il Nəsirəddin Tusi adına Pedaqoji İnstitutun riyaziyyat fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra müəllimlik fəaliyyətinə 3 saylı orta məktəbində başlayıb. Daha sonra 2 nömrəli orta məktəbində işləyib.

Qayğıkeş, səmimi və mehriban

2005-ci il yanvar ayının 12-dən şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında müdir vəzifəsində çalışır. İşlədiyi müddət ərzində qazandığı nailiyyətlərə və işgüzarlığına görə o, bir sıra Diplom və Fəxri fərmanlara layiq görülüb.
Şəhər 3 saylı körpələr evi-uşaq bağçası dörd qrupla fəaliyyət göstərir. Müəssisənin 75 uşaqdan, 20 işçidən ibarət bir kollektivi var. Müəssisədə bütün uşaqlara eyni münasibət bəslənir, onlar tərbiyəçi müəllimələr tərəfindən ana qayğısı ilə əhatə olunublar. Buradakı təlim-tərbiyə, səliqə-sahman, nizam-intizam uşaqların və valideynlərin ürəyincədir.
Bu bağçanın fidanları daima rayon tədbirlərində fəal iştirak edir, nümunəvi çıxışları ilə zövqləri oxşayırlar. Bütün bunların bir arada cəmləşməsində Elmira müəllimin əməyi danılmazdır.
Elmira Aslanova qayğıkeş bağça müdiri, səmimi insan, mehriban ana və nənədir.
Elmira müəllimi doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür arzulayırıq.
Güllübəyim Lətifova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz