Təhsilə yeni töhfələrmizi verəcəyik

Hamımıza məlumdur ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsil islahatları bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu qeyd edən cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş bir sıra mühüm sənədlər, proqramlar təhsilimizin inkişafına, dünyanın qabaqcıl ölkələrinin təhsil sisteminə ineqrasiyasına geniş zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1999-cu ildə başlanan təhsil sisteminin yenidən qurulması sahəsində islahatların əsas istiqamətlərindən biri yeni məktəb binalarının tikilib istifadəyə verilməsi idi. Bəli,”Təhsil millətin gələcəyidir” deyən Ulu öndərin bu siyasətinin bariz nümunəsi kimi hər il olduğu kimi, 2003-2004- cü illərdə də rayonumuzda yeni məktəb binaları inşa olunub şagird və müəllimlərin ixtiyarına verildi.

Təhsilə yeni töhfələrmizi verəcəyikTəhsilə yeni töhfələrmizi verəcəyik

Hamımıza məlumdur ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsil islahatları bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu qeyd edən cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş bir sıra mühüm sənədlər, proqramlar təhsilimizin inkişafına, dünyanın qabaqcıl ölkələrinin təhsil sisteminə ineqrasiyasına geniş zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1999-cu ildə başlanan təhsil sisteminin yenidən qurulması sahəsində islahatların əsas istiqamətlərindən biri yeni məktəb binalarının tikilib istifadəyə verilməsi idi. Bəli,”Təhsil millətin gələcəyidir” deyən Ulu öndərin bu siyasətinin bariz nümunəsi kimi hər il olduğu kimi, 2003-2004- cü illərdə də rayonumuzda yeni məktəb binaları inşa olunub şagird və müəllimlərin ixtiyarına verildi.
Təhsilə yeni töhfələrmizi verəcəyik

Bu gün 10 illiyini fərəhlə qeyd etdiyimiz İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbi də dövlətimizin təhsilə qayğısının bariz nümunələrindəndir. Məktəbimiz 24 noyabr 2004- cü il tarixdən fəaliyyətə başlayıb. Məktəb binası 480 yerlikdir. Fəaliyyətə başlayanda 549 şagirdin təlim-tərbiyəsi ilə 45 nəfər müəllim məşğul olmuşdur. Məktəb fəaliyyətə başladıqda ona rəhbərlik etmiş təhsil veteranı Fərman Bəşirovun kadr seçimi sonrakı illərdə də özünü doğrultmuşdur. Gənclərə önəm verən Fərman müəllim onların yetişməsində əlindən gələni əsirgəməmişdir. Sonrakı illər şagird kontingenti artdıqca pedaqoji işçilərin də sayında artım baş vermişdir. Hal-hazırda məktəbimizdə 782 nəfər şagirdin təlim-tərbiyəsi ilə 71 nəfər müəllim məşğul olur. Məktəbdə dərslər 2 növbəli və 6 günlük iş həftəsi üzrə aparılır. Fəaliyyətə başladığı gündən indiyədək kollektivimiz çoxsaylı uğurlara imza atmışdır. İndiyədək məktəbi 581 nəfər şagird bitirmiş, onlardan 236 nəfəri ali məktəblərə qəbul olmuş, 35 nəfəri qəbul zamanı 600-dən yuxarı bal toplamışdır. Geridə buraxdığımız on ildə çoxsaylı uğurlara imza atan kollektivimiz hər zaman dövlətimizin təhsilə qayğı və diqqətindən səmərəli şəkildə bəhrələnib.
Təhsil proqramlarının (kurikulumların) öyrənilməsi və onların tətbiqi istiqamətində işi səmərəli qurmaq üçün ilk növbədə kollektivin bütün üzvləri kurikulum kurslarına cəlb edilmiş və onlara sertifikatlar təqdim olunmuşdur. Sirr deyil ki, müasir dövrdə təhsildə aparılan islahatları dərindən öyrənmədən, İKT-dən səmərəli istifadəni bacarmadan dərsi qurmaq və bilik səviyyəsi müasir tələblərə cavab verən vətəndaş hazırlamaq mümkün deyildir. Məktəbimizdə bu istiqamətdə davamlı iş aparılır, Təhsil Nazirliyində qəbul olunmuş qərarlar vaxtaşırı kollektivə çatdırılır. İşin səmərəliliyini artırmaq üçün pedaqoji kollektivin fikirləri ümumiləşdirilir və gündəlik fəaliyyətə tətbiq edilir. Təkcə şagirdlərin biliklərə yiyələnməsi ilə qane olmayan kollektivimiz sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsində də fəallıq göstərir, şagirdlərin tədbirlərə cəlb olunmasına çalışır.
Məktəbimizdə tez-tez keçirilən tarixi və əlamətdar günlər, dahilərin doğum və anım günləri, yaradıcı şagirdlərin əl işləri, rəsm sərgilərinin keçirilməsi ilə yanaşı rayon və respublika səviyyəli olimpiadalara da ciddi önəm verilir. Bundan başqa şagirdlərimiz Pakizə Xəlilova, Ayşən Ağayeva, Bayram Mirzəlizadə, Zəhra Haşımlı rəsm müsabiqələrində, Gülşən Abdullayeva respublika səviyyəli şahmat yarışlarında qələbələrə imza atmışlar. Ötən il olimpiadaların rayon turunda 142 nəfər şagirdimiz iştirak etmiş, onlardan 52 nəfəri qalib olmuşdur. 2 nəfər şagirdimiz respublika turuna vəsiqə qazanmış, onlardan Şəhla Abdullayeva biologiya fənni üzrə IV yerə layiq görülmüşdür. 2008-ci ildə Sevinc Mamedova biologiya fənni üzrə, 2010- cu ildə isə Badam Bədəlova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qalib olmuşdur.
Məktəbimiz fəaliyyətə başladığı ildən məzunlarımızın TQDK-nın qəbul imtahanlarında göstərdikləri nəticələr ürəkaçan olmuşdur. TQDK 2008- ci ildən məktəbimizi ən yaxşı məktəblər siyahısına daxil etmişdir. Təkcə ötən dərs ilində məzun olmuş 42 nəfər ali təhsil ocaqlarına qəbul olmuşdur. Qeyd edək ki, onlardan səkkiz nəfəri 600-dən yuxarı bal toplamış, respublikanın nüfuzlu ali təhsil məktəblərinin tələbəsi adını qazanmışdır. İndiyədək 2 məzunumuz – Badam Bədəlova, Şəhla Abdullayeva orta məktəbi qızıl medalla bitirmişlər. Məzunlarımız Nurlan Vəlizadə, Ləman Abbasova prezident təqaüdçüsüdür.
Kollektivimiz məzunlarımızın məktəblə əlaqəsini saxlamaq məqsədilə hər il fevral ayının 7-də “Məzun günü” kimi qeyd edir. Həmin gün məzunların şagirdlərlə görüşləri təşkil edilir.
Məktəbdə valideynlərlə və ictimaiyyətin nümayəndələri ilə iş yüksək səviyyədə qurulmuşdur. Hər il ümumməktəb valideyn iclasları təşkil olunur. IX-XI sinif şagirdlərinin buraxılışı imtahanlarına hazırlığı məsələsi hər yarımildə valideynlərlə müzakirə olunur, onlara metodiki, psixoloji məsləhətlər verilir. Tez-tez ictimaiyyətin nümayəndələri ilə görüşlər təşkil olunur. Görüşlərdə elmi, hüquqi, dövlətçilik, sağlamlıq, ekoloji tərbiyəyə aid söhbətlər, diskusiyalar aparılır.
Geridə buraxdığımız on ildə çoxsaylı uğurlara imza atan kollektivimiz hər zaman dövlətimizin təhsilə qayğı və diqqətindən səmərəli şəkildə bəhərlənib. Tədrisin günün tələbləri səviyyəsində qurulması üçün vaxtaşırı dərsdinləmələr aparılır, açıq dərslər keçirilir və qabaqcıl təcrübə öyrənilərək yayılır. Bu işlərdə hər zaman təcrübəli, peşəkar müəllimlərin, fənn metodbirləşmələrinin tövsiyə və təklifləri nəzərə alınır. Ötən illər ərzində müəllimlərimizin 56 nəfəri yenidən hazırlanma kurslarına cəlb olunub.
Çoxsaylı uğurları içərisində müəllimlərimizin layiq görüldüyü fəxri adlarla yanaşı, 2009-2010-cu ildə məktəbimizin respublikada keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib gəlməsini qeyd etmək yerinə düşərdi. Dövlətimizin məktəbin qabaqcıl işinə verdiyi bu qiymət kollektivimizi daha da ruhlandırmış, işini günün tələbləri səviyyəsində qurmağa sövq etmişdir. Qeyd edim ki, bu il yenidən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə sənədlərimizi təqdim etmişik. İnanırıq ki, yenidən müsabiqənin qalibi olacağıq.
Məktəbimizdə çalışan müəllimlərdən Ramiz Baloğlanov (tarix) Əməkdar müəllim, Nazənin Həsənova (fizika) “Qabaqcıl təhsil işçisi” fəxri adlara layiq görülüblər.
Müəllim və şagirdlərimiz bütün dərs illərində təkcə biliklərin öyrənməsi ilə deyil, rayon və respublika səviyyəsində keçirilən bilik yarışlarında, müsabiqələrdə, kütləvi tədbirlədə də fəal iştirak edir, qələbələrə imza atırlar. Keçirilən inşa və rəsm müsabiqələrində şagirdlərimiz müntəzəm olaraq mükafata layiq yerlər qazanırlar.
Təhsilə yeni töhfələrmizi verəcəyik

Cənab prezident İlham Əliyevin idmanın inkişafına, gənclərdə hərbi-vətənpərvərlik hissəlrinin aşılanmasına böyük diqqət göstərməsi hamıya məlumdur. Ölkə başçısı bu istiqamətdə görülən işlər sırasında təhsilin oynadığı rolu hər zaman önəmli saymışdır. ”Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda vətənpərvəlik ruhunda tərbiyə alsın”. Kollektivimiz cənab Prezidentin bu fikrini təhsilimizin qarşısında qoyduğu əsas vəzifə kimi qəbul edir və öz işini bu istiqamətdə qurmağa səy göstərir.
2010- cu ildə məktəbimizin komandası “Cəsurlar” hərbi-idman oyunlarının respublika turunun qalibi, ötən il rayon turunun qalibi olmuş və zona turuna vəsiqə qazanmışdır. “Şahinlər” komandası dəfələrlə rayon turunun qalibi olmuşdur.
O cümlədən idmançılarımız təkcə respublikada deyil, artıq dünya miqyasında keçirilən yarışlara vəsiqə qazanır, rayonumuzu təmsil edirlər. Onlardan Məhəmməd Məmmədli (ağır atletika), Vüsalə Dəmirova (cüdo, Türkiyə, məzun 2013-2014-cü il) misal göstərə bilərik. İdman və hərbi-vətənpərvərlik ruhunda şagirdlərlə aparılan işin nəticəsidir ki, son illər hərbi məktəblərə sənəd verənlərin sayı artır. 2013-2014-cü ilində sənəd verənlərin sayı 4 nəfər olmuşdur. Onlardan 2 nəfəri Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşdur.
Məlumdur ki, şahmat şagirdlərin intellektinin inkişaf etdirilməsində böyük rol oynadığı kimi, həm də rayonu, ölkəni dünyada tanıtmaq üçün gərəkli idman növüdür. Bunu nəzərə alaraq 2011-ci ildən məktəbimizdə şahmatın tədrisinə başlanmışdır. Artıq az müddət olsa da, artıq uğurlarımız var. Şagirdlərimiz Cəbrayıl Hüseynli, Aqil Abdullayev, Gülşən Allahverdiyeva respublika səviyyəli şahmat yarışlarında qələbələrə imza atmışlar. Son uğurumuz – Gülşən Allahverdiyevanın I yerə çıxması dediyimizə yaxşı misaldır.
Məlum məsələdir ki, dünyanın qabaqcıl ölkələrinin təhsil sisteminə inteqrasiya üçün aparıcı xarici dillərin öyrənilməsi vacibdir. Məktəbimizdə 3 xarici dil tədris olunur; rus dili, ingilis və fransız dili. Bu dillərin tədrisi ilə 9 nəfər müəllim məşğul olur. Tez-tez bu dillər üzrə bilik yarışlarının, viktorinaların təşkil olunması şagirdlərin marağına və onların dili dərindən öyrənməsinə stimul verir. Məktəbimiz 2013-2014-cü dərs ilində (pilot layihə olan) “ingilis dilinin intensiv tədrisi” layihəsinə qoşulmuşdur. Hal-hazırda I-II siniflərdə ingilis dili dərinləşdirilmiş qayda ilə tədris olunur.
Yuxarıda qeyd etdiyim kimi, İKT-dən istifadə həm müəllimlər, həm də şagirdlər üçün vacibdir. İndi həyatımızın elə bir sahəsi yoxdur ki, orada kompyuterdən, İKT-nin sitələrindən istifadə olunmasın. Müəllim və şagirdlərin İKT biliklərinin daha da artırılması üçün onların kurslarda iştirakını təmin edirik. Ötən dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu ilə rayonda keçirilən “Qunduz” informatika və kompyuter bacarıqları müsabiqəsində şagirdlərimiz Murad Tarverdiyev I yer tutmuş, Kənan Şahalıyev və Ruslan Bəkirov isə mükafatlara layiq görülmüşlər.
Hər il məktəbimizin maddi- texniki bazasının zənginləşdirilməsi istiqamətində iş aparılır. Məktəbdə kompyuterlə təchiz olunmuş 3 kabinet fəaliyyət göstərir. Kompyuterlər yüksək sürətli internetə qoşulmuşlar. Son bir ildə məktəbə 2 ədəd “Prometian” lövhə verilmişdir. Onlardan səmərəli istifadə üçün məktəbimizin müəllimləri kurslara cəlb olunmuş və bu iş davam etdirilir. Hər il müəllim və şagirdlərimiz Təhsil Nazirliyinin keçirdiyi “Elektron təhsil” müsabiqəsində fəal iştirak edirlər. Məhz bu il həmin müsabiqəyə 15-ə yaxın iş təqdim olunub.
2014- cü ilin may ayının 7- də cənab prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ölkə rəhbərinin hərtərəfli siyasətinə əvəzsiz nümunədir. Qeyd edim ki, bu fərmandan yararlananlar içərisində məktəbimiz də var. Bilik Fondunun layihələri çərçivəsində 15 sentyabr 2014- cü ildə akademik Solmaz Amanova məktəbimizdə “Azərbaycan bu gün və sabah” mövzusunda ilk dərs keçdi.
“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Fondun təşəbbüsü ilə məktəbimiz Qubadlı şəhər Q.İlyasov adına 1 nömrəli tam orta məktəbi ilə qardaşlaşmışdır.
Bununla bağlı qardaş məktəbin müəllim və şagirdləri rayonumuza gəlmiş, rayonumuzun gəzməli- görməli yerlərui ilə tanış olmuşlar.
“İlboyu bilik” proqramı çərçivəsində uğurla davam edən layihənin əsas məqsədi respublikanın orta məktəblərində təhsil alan şagirdlərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mədəniyyətinin təbliği, onlara vətənpərvərlik ruhununu aşılanmasıdır.
Qeyd etmək istəyirəm ki, bu gün respublikada, o cümlədən rayonumuzda vüsət almış yenidənqurma və abadlıq işləri biz müəllimləri də ruhlandırır. Yaradılan şərait bizə dərin biliklərə malik, vətənpərvər vətəndaşlar yetişdirməyə imkan verir. Dövlətə və dövlətçiliyə hər zaman sadiq olan kollektivimiz işini günün tələbləri səviyyəsində quracaq, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, ulu öndər Heydər Əliyevin “millətin gələcəyi” kimi dəyərləndirdiyi təhsilə biz də öz töhfəmizi verəcəyik.
Elçin Məmmədov,
şəhər 5 nömrəli tam orta məktəbinin direktoru

Şərh Yaz