İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Məmmədov Fəqan Əsədullah oğlu


1979-cu ildə anadan olmuşam. Ali təhsilimin bakalavr pilləsini 2001-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili və regionşünaslıq fakültəsində ingilis dili müəllimi ixtisası, magistratura pilləsini isə 2010-cu Azərbaycan İqtisad Universitetinin biznesin təşkili və idarə olunması fakültəsi üzrə başa vurmuşam.
1 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” adını qazanmışam.

İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Məmmədov Fəqan Əsədullah oğluİsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd
Məmmədov Fəqan Əsədullah oğlu

İsmayıllı bələdiyyəsi üzvlüyünə namizəd Məmmədov Fəqan Əsədullah oğlu

1979-cu ildə anadan olmuşam. Ali təhsilimin bakalavr pilləsini 2001-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili və regionşünaslıq fakültəsində ingilis dili müəllimi ixtisası, magistratura pilləsini isə 2010-cu Azərbaycan İqtisad Universitetinin biznesin təşkili və idarə olunması fakültəsi üzrə başa vurmuşam.
1 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” adını qazanmışam.
2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində etimad qazanaraq, İsmayıllı bələdiyyəsinin üzvü seçilmişəm. 2012-ci ilin noyabr ayınadək bələdiyyə sədrinin müavini, həmin vaxtdan bələdiyyənin sədri vəzifəsində çalışmışam. İşlədiyim müddətdə seçicilərin etimadını doğrultmağa, mənafelərini şəxsi mənafeyimdən üstün tutmağa səy göstərmişəm. Bələdiyyə sədrinin müavini və bələdiyyə sədri işlədiyim müddətdə şəhər ərazisində yaşayanların istək və arzuları istiqamətində əməli işlərin görülməsində qüvvə və bacarığımı əsirgəmədən işləmişəm. Fəaliyyətimlə bələdiyyə üzvünün həqiqətən də seçicilərə yaxın olduğunu göstərməyə çalışmışam. Ötən beş ildə seçki platformamda həyata keçirilməsini nəzərdə tutduğum işlərin 70 faizinin icrasına müvəffəq olmuşam. Azərbaycan Respublikası Bələdiyyələrlə İş Mərkəzinin orqanı olan “Bələdiyyə həyatı” qəzetinin “Mükafatlandırma komissiyası tərəfindən fəaliyyətim Qızıl medala layiq görülüb.
Növbəti dəfə bələdiyyə üzvü seçiləcəyim halda, təhsildə, idmanda və yaradıcılıqda fərqlənən aztəminatlı, istedadlı gənclərə xüsusi təqaüdlərin təsis edilməsi, bələdiyyədə səmərəli və əhatəli humanitar yardım mexanizminin yaradılması, “Təmiz məhəllə”, “Təmiz küçə” aylıqlarının keçirilməsi ənənəsinin həyata keçirilməsi istiqamətində qüvvə və bacarığımı sərf edəcəyəm. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün xüsusi təyinatlı əyləncə mərkəzlərinin yaradılması layihələrinin reallaşmasına səy göstərəcəyəm.
Seçki günü mənə verəcəyiniz səs, arzularınızın gerçəkləşməsi üçün bir zəmanətdir.

Şərh Yaz