Birlik və bərabərlik əhəmiyyətlıdir

“Şəhrullahi’l-Muharrəm” olaraq məşhur olan, yəni “Allahın ayı Məhərrəm” olaraq bilinən Məhərrəm ayı, İlahi bərəkət və bolluğun, Rəbbani lütfkarlıq və kərəmin coşduğu və bollaşdığı bir aydır.
Allahın ayı, günü və ili olmaz, ancaq Allahın rəhmətinə qovuşmağın əhəmiyyətli bir fürsəti olduğu üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tərəfindən bu şəkildə ifadə edilmişdir.
Birlik və bərabərlik əhəmiyyətlıdir

“Şəhrullahi’l-Muharrəm” olaraq məşhur olan, yəni “Allahın ayı Məhərrəm” olaraq bilinən Məhərrəm ayı, İlahi bərəkət və bolluğun, Rəbbani lütfkarlıq və kərəmin coşduğu və bollaşdığı bir aydır.
Allahın ayı, günü və ili olmaz, ancaq Allahın rəhmətinə qovuşmağın əhəmiyyətli bir fürsəti olduğu üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tərəfindən bu şəkildə ifadə edilmişdir.
Aşura günü isə Məhərrəmin 10-cu günüdür. Aşura gününün Allah qatında ayrı yeri vardır. Bu gündə Cənab-ı Haqq on peyğəmbərinə on növ ikram etmiş və qudsiyətini artırmışdır. Bu günlərdə oruc tutmaq çox fəzilətlidir.
Məhərrəm ayının digər aylar arasında ayrı yeri olduğu kimi, Aşura gününün də digər günlər içində daha mübarək və bərəkətli bir məqamı vardır.
Aşura gününün Allah qatında da çox özəl bir yerinin olduğunu Fəcr surəsinin ikinci ayəsi olan “On gecəyə and olsun” ifadələrinin təfsirindən öyrənməkdəyik.
Bəzi təfsirlərimizdə bu on gecənin Məhərrəmin Aşurasına qədər keçən gecə olduğu bəyan edilməkdədir. (Haqq Dini Qur`an Dili. 8 5793)
Cənab-ı Haqq bu gecələrə and içərək onların qudsiyyət (müqəddəs) və bərəkətini bildirməkdədir.
Bu günə “Aşura” deyilməsinin səbəbi, Məhərrəm ayının onuncu gününə bərabər gəldiyi üçündür. Hədis kitablarında keçdiyinə görə isə, bu günə bu adın verilməsinin hikməti, o gündə Cənab-ı Haqq on peyğəmbərinə on fərqli ikram və lütf etdiyi üçündür.
Aşura gününün mənəvi və aydınlığı üzərində Kərbəla qaranlığının kəsafəti də görülməkdədir. 61-ci hicrət ilinin Məhərrəm ayının 10-cu günündə Həzrəti İmam Hüseyn (Allah ondan razı olsun) 55 yaşında ikən Sinan ibn Ənəs adlı bir xain tərəfindən Kərbəlada vəhşicəsinə şəhid edilmişdir. Bu qəddarlıq və zülmün arxasında Əməvi Xəlifəsi Yezid, onun Kufə qubernatoru İbni Ziyad vardır. Yarım əsr əvvəl Peyğəmbərimizin şəxsən xəbər verdiyi bu ciyərləri yandıran hadisə Həzrəti Hüseyni Cənnət gənclərinin əfəndisi olma şanına ucaltmışdır.
Şəhidlər mükafatını almış ən uca mərtəbələrə çatmışdır. Uca Allahın da zalımlara layiq olduqları cəzanı ən ədalətli bir şəkildə verəcəyindən şübhəmiz yoxdur. Tale hökmünə boyun əyən hər mömin bu hadisəyə kədərlənər, ancaq etidalını və soyuqqanlılığını itirməz. Duyğuları onu xətalara və ifratlara aparmaz. Çünki meydana gələn bütün hadisələr əzəli təqdirin bir hökmüdür.
Hər bir dindar tarixdə baş verən hadisələrdən ibrət almalı və təfriqəçiliyə və ayrılığa düşməkdən daim çəkinməlidir. Bu həm dininimizin tələbi, həm də vətənimizin və millətimizin birlik və bərabərliyi baxımından böyük əhəmiyyət kəsb edir.
Hz. Hüseyinin şəhadəti bizə vətənimiz uğrunda canından keçərək şəhid olmuş vətən oğullarımızı xatırlatmalıdır. Bu məqsədlə İsmayıllı şəhər “Cümə” məscidi və “Məhəmmədiyyə” məscidi icma üzvləri ilə birgə şəhidlər xiyabanına gedərək şəhidlərimizi ziyarət etdik və onların ruhlarına dualar oxuduq.
Şəhidlərimiziin ruhu şad olsun! Amin!
Vasif Teymurov

Şərh Yaz