Tarixi yolun başlanğıcı

17 noyabr 2014-cü ildə İsmayıllı Mədəniyyət Sarayının iclas zalında Milli Dirçəliş Günü münasibəti ilə dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov bildirib ki, Milli Dirçəliş Günü 1992-ci ildə elan olunub. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

Tarixi yolun başlanğıcıTarixi yolun başlanğıcı

Tədbirdə bildirilib ki, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.
Çinarə Bəhərçinli

Şərh Yaz