Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları

Kompyuter informasiya texnologiyalarından düzgün istifadə olunması tədris prosesinə yenilik gətirir. Şagirdlərin bilik əldə etməyə marağını artırır, müəllimin hazırlığını asanlaşdırır. İnkişafın müasir mərhələsində kompyuter texnologiyaları metodik işdə, tərbiyə işində, bilik və bacarıqların təkmilləşdirilməsində uğurlar tətbiq olunur. Müəllim təlim prosesində şagirdin fəaliyyətini qiymətləndirmək ücün də sxemlər hazırlayır. Müəllim məlumatı hansı meyarlara uyğun qiymətləndirəcəyi barədə şagirdlərdə təsəvvür yaratmalıdır. Qiymətləndirmə holistik və analitik olur.
Holistik qiymətləndirmə şagirdlərin fəaliyyətini bütöv halda qiymətləndirən meyardır. Bu sxemi sürətli qiymətləndirmə aparmaqla şagirdlərin nailiyətləri üzrə ümümi mənzərəni təssəvür edir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi  yollarıŞagird nailiyyətlərinin qiymətləndirilməsi yolları

Kompyuter informasiya texnologiyalarından düzgün istifadə olunması tədris prosesinə yenilik gətirir. Şagirdlərin bilik əldə etməyə marağını artırır, müəllimin hazırlığını asanlaşdırır. İnkişafın müasir mərhələsində kompyuter texnologiyaları metodik işdə, tərbiyə işində, bilik və bacarıqların təkmilləşdirilməsində uğurlar tətbiq olunur. Müəllim təlim prosesində şagirdin fəaliyyətini qiymətləndirmək ücün də sxemlər hazırlayır. Müəllim məlumatı hansı meyarlara uyğun qiymətləndirəcəyi barədə şagirdlərdə təsəvvür yaratmalıdır. Qiymətləndirmə holistik və analitik olur.
Holistik qiymətləndirmə şagirdlərin fəaliyyətini bütöv halda qiymətləndirən meyardır. Bu sxemi sürətli qiymətləndirmə aparmaqla şagirdlərin nailiyətləri üzrə ümümi mənzərəni təssəvür edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi  yolları
Analitik qiymətləndirmə isə şagirdlərin fəaliyyətini hissə-hissə təhlil edərək qiymətləndirməyə imkan verir. Şagirdlərin fəaliyyətini ardıcıl qiymətləndirməklə onun nailiyətləri haqqında daha ətraflı informasiya verilir. Bəhs və bölmələr üzrə (KSQ) qiymətləndirmə hər altı həftədən gec olmayaraq keçirilir. BSQ isə dekabr və may aylarının sonuncu həftəsində aparılır.
İslahatın əsas məqsədi təhsilin keyfiyyətini yüksəltməkdir. Təlimin, təhsilin keyfiyyətinin əsas göstəricisi şağirdlərin təlim nəticəsidir. Müəllimin qiymətləndirmə fəaliyyətinin əsasında şagirdlərdə öz təlim nəticəsinin qiymətləndirməsi ilə yanaşı, öz səhvlərini görmə bacarıqlarının formalaşdırılması durmalıdır. Müəllimin işi sinifdə şagirdin qiymələndirmə fəaliyyətini inkişaf etdirməkdən ibarətdir.
Müəllim qruplararası qiymətləndirmədən də istifadə etməlidir. Bir qrupun digər qrup haqqında fikir söyləməsi, nöqsanları tapıb göstərməsi, şagirdlərdə qrup işinə marağı artırır.
Qiymətləndirməni hər dərs deyil, hər fəsil və bölmənin sonunda aparmaq lazımdır. Qiymətləndirmə vərəqi “+”, “-“ işarəsindən istifadə etməklə doldurulur.
Qiymətləndirmə şagirdlərdə daha çox maraq oyadır. Qiymətləndirmədə obyektivlik mühüm şərtdir. Müəllim bütün hallarda ədalət təmsilçisi olmalıdır. Bəzən belə olmur. Nəticədə şagirddə özünə inamsızlıq yaranır. Eyni zamanda şagirdlərdə fikirni ifadə edə bilməmək, çaşqınlıq yaranır, psixoloji gərginliyə səbəb olur.
Müəllim irad tutaraq söylədiyi “Çox pis”, “Bilmirsən” və s. kimi ifadələr şagird üçün heç bir əhəmiyyət kəsb etməyəcək, yoldaşlarının gülüşü və məzəmməti onu sarsıdacaq. Şagirddə özünəinam hissini formalaşdırmayacaq.
Müasir müəllimlərdən çeviklik, peşəkarlıq, tədrisə yaradıcı yanaşma, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaq tələb olunur. Müəllim strategiyanın köməyi ilə şagirdin istedadını üzə çıxarır və qarşılıqlı fəaliyyət göstərə bilir. Şagirdləri dəstəkləmək lazımdır. Qiymətləndirmə şagirdin bilik və bacarıqlarının inkişafına yardım edir. Qiymətləndirmə apararkən şagirdin psixoloji aspektlərini nəzərə almaq lazımdır.
Müəllim şagirdlərlə iş zamanı onların müstəqil fikir söyləməsinə, düşünmələrinə, mühakimə sürməyinə, yaradıcılıq bacarıqlarını inkişaf etdirilməsi üçün müxtəlif üsul və vasitələrdən istifadə etməlidir. Müəllim hər bir şagirdə bir şəxsiyyət kimi baxmalıdır, onun fikirlərinə hörmətlə yanaşmalıdır. Müəllim dərsi elə qurmalıdır ki, bu günki dərs sabahkı dərsə oxşamasın. Bu, şagirdlərdə dərsə marağı çoxaldır.
Şagirdlərin savadlı və şəxs kimi formalaşmasında müəllimin akademik bacarığından, tədris təcrübəsindən və peşəkarlığından asılıdır.
İsmayıllı təhsilinin keşiyində duran TəhsilŞöbəsinin müdiri Rasim Orucov həmişə müəllimlərə üz tutub söyləyir:
– Müəllimin gözünün şuası, sözünün gücü, təbəssümü bütün texnolojiyalardan güclüdür. Müəllim amili, təhsil alanın öyrənməsi və inkişafı nailiyyətlərinin monitorinqi prosesində həll edici rol oynayır. Müəllim təkcə təhsilverən deyil, həm də təhsili idarə edən başlıca simadır.
Məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlığına hörmət edən, Azərbaycanlıyıq ideyalarına sadiq qalan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirən müəllim ölkəmiz üçün ziyalı və vətəndaş yetişdirməli, təlimin bütün metodlarından bacarıqla istifadə etməyi bacarmalıdır. Bu bizim gündəlik vəzifəlirimizdir.
Metod kabinetinin müdiri Hümbət Əsədov həmişə müəllimlərlə söhbətində deyir:
– Müəllim millətə layiqincə xidmət edərək, özünü şagirdlərinə sevdirməlidir. Müəllim eyni zamanda şəxsi yaradıcılığı ilə təlimdəki uğurlarını göstərib nümayiş etdirməlidir. Müəllimin şəxsi yaradıcılığı təhsildə müvəffəqiyyətin rəhnidir. Şagirdlərinizə savad verməklə bərabər onları ana şəfqəti ilə sevin ki, həmin sevgi bir gün özünüzə qayıtsın.
Gənc nəslin elmli və şəxsiyyət kimi formalaşmasında müəllimin üzərinə böyük məsuliyyət düşür. Öyrənməyi öyrənən, öyrəndiyini həyatda tətbiq edən, hərtərəfli təfəkkürə və dünyagörüşünə malik olan şəxsiyyət yetişdirmək lazımdır. Yeni təlim texnologiyalarından geniş istifadə etməyə çalışın. Bu istifadə etdiyimiz texnologiya bu günkü təhsilin fəlsəfəsidir.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz