Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi

15 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 5 avqust 1969-cu il plenumu və onun tarixi əhəmiyyəti” mövzusunda Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Məktəbin icraçı direktoru Fərman Bəşirov bildirib ki, Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi xalqımız üçün ən uğurlu illər olub. O illərdə iqtisadiyyatımız, sənayemiz, təhsilimiz, mədəniyyətimiz öz inkişafında ən yüksək zirvələrə çatıb. Həyat fəaliyyətinin bütün istiqamətlərində qanunlara riayət edilib, səmərəli əmək şəraiti yaradılıb. Bütün bunların əsası Azərbaycan KP MK-nın 5 avqust plenumunda qoyulub.

Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsiHeydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi

15 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 5 avqust 1969-cu il plenumu və onun tarixi əhəmiyyəti” mövzusunda Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Məktəbin icraçı direktoru Fərman Bəşirov bildirib ki, Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi xalqımız üçün ən uğurlu illər olub. O illərdə iqtisadiyyatımız, sənayemiz, təhsilimiz, mədəniyyətimiz öz inkişafında ən yüksək zirvələrə çatıb. Həyat fəaliyyətinin bütün istiqamətlərində qanunlara riayət edilib, səmərəli əmək şəraiti yaradılıb. Bütün bunların əsası Azərbaycan KP MK-nın 5 avqust plenumunda qoyulub.
Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov plenumun Azərbaycan dilində açılması və məruzənin doğma dildə edilməsinin əhəmiyyətindən danışıb, plenumun ölkəmizin ictimai-siyasi həyatında ciddi dönüş yaratdığını bildirib: – Tarixə 5 avqust plenumu kimi daxil olan bu tədbir Azərbaycanın ictimai-siyasi həyatında ciddi dönüş yaratdı. Kadrlara tələbkarlığın artırılması respublikanın həyatında böyük canlanmaya gətirib çıxardı. Plenumdan sonra iqtisadiyyatda əsaslı canlanma müşahidə edilməyə başlandı, korrupsiyaya qarşı mübarizə aparıldı, təhsilin, səhiyyənin, elmin inkişafında böyük nailiyyətlər əldə edildi. Plenum nəinki respublikada, hətta bütün İttifaqda ciddi rezonans doğurmuşdu. Dahi siyasətçinin nitqi sözün əsl mənasında Azərbaycanda yeni inkişaf və tərəqqi dövrünün əsasını qoydu.
Mövzu ətrafında İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini İsrail İsmayılov məruzə edib.
Tədbirdə “Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumundan sonra Respublikada korrupsiya və rüşvətxorluğa qarşı mübarizə” mövzusunda rayon prokuroru Rahib Seyidov, “Respublikanın sosial-iqtisadi, mənəvi və mədəni inkişaf sahəsində ümummilli lider Heydər Əliyevin avqust plenumundakı məruzəsi əsl dönüş yaratdı” mövzusunda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “Azərbaycan təhsil sisteminin avqust plenumundan sonrakı inkişafı” mövzusunda İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı Rəşid Məmmədov çıxış edib.
Çinarə Bəhərçinli

Şərh Yaz