Məqsədimiz əməkdaşlığı genişləndirməkdir

Çox sevindirici haldır ki, dünyanın ən inkişaf etmiş ölkələrindən biri, iqtisadi, elmi-texnoloji, təhsil, mədəniyyət, turizm və digər sahələrdə böyük uğurlar qazanmış Yaponiya kimi ölkənin İto şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanıb. Yaponiyanın İto və Azərbaycanın İsmayıllı şəhərləri arasında imzalanmış qardaşlaşma müqaviləsindən, qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığından, dostluğundan hər iki ölkə məktəblərinə, İtonun JHS və İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin VII c sinif şagirdlərinə də pay düşüb. Hər iki ölkə məktəblilərinin bir-birindən öyrənə və faydalana biləcəyi şeylər çoxdur. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdlərindən gələn məktublar, şəkillər, xəritələr və hədiyyələr İto şəhərində orta məktəblərin birində olan ingilis bölməsinin şagirdlərinə təqdim olunmuşdur. Sugimoto san şagirdlərlə görüşərək onlara Azərbaycan və İsmayıllı, həmçinin iki şəhər arasında dostluq əlaqələrinin necə qurulduğu haqda məlumat vermişdir.

Məqsədimiz əməkdaşlığı genişləndirməkdirMəqsədimiz əməkdaşlığı genişləndirməkdir

Hal-hazırda İtoda məktəbin dəhlizində Azərbaycana həsr olunmuş xüsusi guşə təşkil olunub və orada İsmayıllıdan gələn məktub və şəkillər nümayiş etdirilir. Hiss olunur ki İto şagirdləri İsmayıllı və Azərbaycan ilə fəal şəkildə maraqlanırlar. Qardaşlaşmış şəhərlər layihəsinin icrasında İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində “Yaponiyanı kəşf edək” adlı mərkəz yaratdım. Mərkəzdə Yaponiyanın İto şəhərindən gələn məktublar, xəritələr, oriqamilər və hədiyyələr, Yaponiya haqqında kitablar və internetdən əldə edilmiş bir sıra məlumatlar öz yerini tutdu. İsmayıllı şəhər 1 nömrəli orta məktəbin VII c sinif şagirdləri həyəcanla, həvəslə öz qələm dostlarına məktublar yazır, onların ölkələri haqqında internetdən əlavə məlumatlar toplayır, oriqamilər hazırlayırlar. Şagirdlər əsl tədqiqatçı kimi dost ölkəni öyrənir, öz ölkəsini isə məktublarında, xəritələrində, milli geyimdə olan şəkillərində təbliğ edirlər. Şagirdlərin “Yaponiyanı kəşf edək” mərkəzindəki araşdırmaları ilə bağlı bukletlər də artıq hazırlanıb, bu bukletləri dostları ilə bölüşəcəklərini həvəslə gözləyirlər. Şagirdlər ümid edirlər ki, bir gün Yapon dostlarını İsmayıllıda qarşılayacaq və onlar tərəfindən Japoniyada qarşılanacaqlar. Qardaşlaşmış şəhərlər layihəsində iştirak edən şagirdlərin və mənim Yaponiya ilə bağlı arzularımız, təkliflərimiz də gələcəkdə bu müqavilənin rayonumuza gətirəcəyi uğurlardan xəbər verir.
Məqsədimiz əməkdaşlığı genişləndirməkdir
“Yaponiyanı kəşf edək” mərkəzinin təklifləri:
1. “Yaponiyanı kəşf edək” mərkəzində onlayn Yapon dili skype və ya OovOO proqramları vasitəsilə yaponiyalı müəllimləri tərəfindən İsmayıllı icmasına tədris edilsin və Azərbaycan-türk dili yapon şagirdlərinə həmin proqramlar vasitəsilə müəllimlərimiz tərəfindən tədris olunsun;
2. Şagird-müəllim mübadilə proqramları davamlı olaraq təşkil edilsin;
3. Rayonumuzda Yaponiyanın, İtonun təhsili, təhsildə tətbiq olunan yeni texnologiyalar sərgisi keçirilsin;
4. Sənətkarlar diyarı olan İsmayıllının ən qədim sənəti olan xalçaçılıq sənəti ilə bağlı Yaponiyada məktəb yaradılsın və bacarıqlı xalçaçılar Yaponiyada bu sənəti öyrətsinlər;
5. İngilis dili müəllimləri üçün Yaponiyada İKT sahəsində kurslar təşkil olunsun;
6. İto şəhərində Azərbaycan – İsmayıllı günləri keçirilsin.
7. Yaponiyanın tanınmış iş adamları, digər məşhur şəxsiyyətləri ilə “Yaponiyanı kəşf edək” Mərkəzində mütəmadi görüşlər keçirilsin.
Bütün bu sadaladıqlarımız, beynəlxalq əməkdaşlıq, xaricdə təhsil proqramları, qardaşlaşmış şəhərlər müqaviləsi rayonumuz təhsil, mədəniyyət, incəsənət sahəsindəki uğurları dövlətimizin, Prezidentimizin bu sahələrə göstərdiyi qayğısının nəticəsidir.
Azərbaycan RespublikasınınYaponiyadakı səfiri Gursel İsmayılzadə, səfirliyin əməkdaşı Nərminə Aslanova ilə Yapon Mərkəzinin yazışmalarında yapon dili və mədəniyyətinin öyrənilməsi, Yaponiyada təhsil şagirdlərimiz tərəfindən həmişə ön plana çıxarılır.
“Azerbaijan-Japan Friendship and Cooperation Forum” – “Azərbaycan-Yaponiya Dostluq və Əməkdaşlıq Forumu”nun üzvüyük və daim forumun facebook səhifəsində olan 2 ölkə arasında mədəniyyət, təhsil, idman yenilikləri haqqında məlumatları izləyir və Yapon Mərkəzində (bu mərkəz İsmayıllı şəhər 1 nımrəli orta məktəbdə yerləşir) bu məlumatları paylaşırıq.
Yaponiya Hökumətinin vəsaiti ilə (Bakalavr dərəcəsi üzrə təqaüd proqramı, Texnologiya kolleclərində təhsil almaq istəyən tələbələr üçün təqaüd proqramı, yapon dili və yapon mədəniyyətini tədqiq edən tələbələr üçün təqaüd proqramı, müəllimlər üçün təlim təqaüd proqramı) Yaponiyada təhsil almaq istəyən şagirdlərimiz Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (Monbukaqakuşo MEXT) təqdim etdiyi proqramlardan yararlana biləcəklər. Hal-hazırda Yapon Mərkəzinin fəal üzvü olan Şamxal İsrayılzadə yapon dilini və mədəniyyətini dərindən öyrənməklə gələcək təhsilini, həyatını Yaponiya ilə bağlı qurmağa hazırlaşır. Mən isə Yapon Mərkəzinin rəhbəri kimi müəllimlər üçün təlim-təqaüd proqramının (MONBUKAGAKUSHO: MEXT SCHOLARSHIP FOR 2014) iştirakçısı olmağa hazırlaşıram.
Aytəkin Əhmədova

Şərh Yaz