Narkomaniya və gənclik

Uca Allah insan övladını ən mükəmməl şəkildə yaratmış və həyatını davam etdirə bilməsi üçün ona sağlam orqanizm vermişdir. Bu orqanizm ona, əmanət verilmiş və zərərli yollardan istifadə edilməməsi tövsiyə edilmişdir. Həm Yaradan, həm onun göndərdiyi Peyğəmbərlər, həm də bu sahənin mütəxəssisləri tərəfindən orqanizmimizə qarşı həssas davranmağımız istənilsə də, insan övladı özünə zərər verəcək bir çox vərdişlərin arxasınca düşərək dünyasını, ətrafını, cəmiyyəti, yaxınlarını pərişan edir.
Narkomaniya və gənclik
Narkomaniya və gənclik

Uca Allah insan övladını ən mükəmməl şəkildə yaratmış və həyatını davam etdirə bilməsi üçün ona sağlam orqanizm vermişdir. Bu orqanizm ona, əmanət verilmiş və zərərli yollardan istifadə edilməməsi tövsiyə edilmişdir. Həm Yaradan, həm onun göndərdiyi Peyğəmbərlər, həm də bu sahənin mütəxəssisləri tərəfindən orqanizmimizə qarşı həssas davranmağımız istənilsə də, insan övladı özünə zərər verəcək bir çox vərdişlərin arxasınca düşərək dünyasını, ətrafını, cəmiyyəti, yaxınlarını pərişan edir.
Narkomaniya və gənclik
Bu yazıda zərərli vərdişlərdən olan narkomaniya və müasir gənclik, narkomaniya bəlası ilə mübarizə yolları haqqında qısa da olsa məlumat verəcəyik. Narkomaniyanın dini hökmləri və sağlamlığımıza zərərini tibbi baxımdan qısa dəyərləndirməyə çalışacağıq.
Müasir dövrdə xüsusən gənclər arasında ən çox yayılan narkotik maddələrdən heroin, kokain, morf, və s. göstərmək olar. Narkotik maddələr adətən zərəri yoxmuş kimi göstərilir. Hansı ki, insan vücuduna, xüsusən beyninə, ağlına zərər verən bu maddələrin hamısı bəşəriyyət üçün böyük təhlükədir.
İslam dininin əmr və qadağalarındakı ümumi məqsəd diqqətə alındıqda bu mövzudakı qadağasının sadəcə alkoqollu içkilər və şəraba məxsus olmadığı, ağıl və ruh tarazlığını, sinir sisteminin fəaliyyətini pozan, insanın iradə və düşünmə gücünü tamamilə, yaxud qismən yox edən hər növ sərxoşedici narkotik vasitələrin eyni qadağa qisminə girdiyi məlum olur. Hətta, bu gün müasir tibb, psixologiya və digər elmlər tərəfindən narkotik maddələrin insan sağlamlığına, təsirinin alkoqollu içkidən də zərərli olduğu bildirilir.
Narkotik maddələrin insan sağlamlığına bir çox mənfi təsirləri vardır ki, bunlardan bəzilərini qeyd edək.
1. Narkotik maddələrin ortaq xüsusiyyəti istifadə edənləri özündən asılı hala salmasıdır.
2. Narkotikadan istifadə edən şəxsdə sərxoşedici təsirin meydana gələ bilməsi üçün hər dəfə istifadə olunan narkotikanın dozasının artırılması lazım gəlir. Bu da, onda narkotikaya olan tələbin artması deməkdir.
3. Narkotik maddələr qanunsuz satıldığı üçün qiyməti həddən artıq yüksək olur. Narkotika istifadə edən şəxsin narkotikaya olan asılılığı artdıqca və almağa maddi imkanı azaldıqca, əldə olan hər şeyini dəyər dəyməzinə satmağa başlayır. Hətta pulu olmadıqda oğurluq etdiyi hallar olur.
4. Narkotika istifadə edən şəxslərin istər ailə istərsədə sosial həyatları alt üst olmuş olur. Ailəyə, ailə üzvlərinə və cəmiyyətə qarşı diqqəti azalır. Bu da öz növbəsində, ailə daxili və sosial münasibətlərin pozulmasına gətirib çıxarır. Nəticədə həm narkotika istifadəçisinin, həm də cəmiyyətin gələcəyi təhlükəyə atılmış olur.
5. Narkomaniyanın insana verdiyi digər bir zərər isə insanın sağlamlığınadır. Narkomanlar həm maddi həm də mənəvi cəhətdən çökmüş olurlar. Əsəbilik, psixi gərginlik, yuxusuzluq, sinir sisteminin fəaliyyətinin pozulması və. s kimi hallara narkomanların demək olar ki, hamısında rast gəlinir. Bundan əlavə, mədə bağırsaq, böyrək, dəri xəstəlikləri, qan azlığı, qara ciyərin böyüməsi və yağlanması kimi hallara narkomanlar arasında daha çox rast gəlinməkdədir.
6. Narkomaniya eyni zamanda, insanı ölümə aparan bir vasitədir. Belə ki, narkotika istifadəçisinin qəbul etdiyi hər artıq doza onun zəhərlənməsinə və ölümünə səbəb olur.
7. Narkomaniya eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının əsas səbəblərindəndir. Müasir cəmiyyətin ən böyük problemi olan QİÇS virusunun daşıyıcılarının da böyük əksəriyyətinin narkomanlar olduğu statistik rəqəmlərdə özünü büruzə verməkdədir.
Bəs bu bəladan qurtarmaq üçün hansı tədbirlər görülməlidir? Zərərli vərdişlərə və vasitələrə qarşı aparılan mübarizənin ən asan və ən faydalı yolu insanlar və ələlxüsus gənclər arasında maarifləndirmə işlərinin aparılmasıdır. Zərərli vərdişlərə və vasitələrə qarşı hüquq mühafizə orqanlarının apardığı tədbirlərdə cəmiyyətimizin hər bir fərdinin üzərinə düşən vəzifə bu işdə onlara yaxından köməklik etməkdir.
Bugünki gündə vətən torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal altında nəzarətsiz qalmış bölgələrdə erməni terror təşkilatlarının narkotika istehsal edərək dünyaya satdığı hər kəsə məlumdur. İnşallah, ümid edir və inanırıq ki, ən qısa zamanda ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində nəzarətsiz qalmış işğal altında olan torpaqlarımız geri qaytarılacaq və erməni terror təşkilatlarının maliyyə qaynağı olan narkotikanın dünyaya ixracına imkan verilməyəcəkdir.
Rəşid Məmmədov,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz