Vətəni tanıyaq

YAP İsmayıllı Rayon Təşkilatı Qadınlar Şurasının və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü ilə İsmayıllı Tikiş Fabrikində çalışan qadınların Çuxurqəbələ arxeoloji muzeyinə gəzintisi təşkil olunmuşdur. Gəzintidən öncə YAP İsmayıllı Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini Gülnar Mikayılova qadınlar qarşısında çıxış edərək onlara Çuxurqəbələnin tarixi barədə qısa məlumat vermiş, bir günlük olsa belə ev, iş qayğılarını unudaraq yaxşı dincəlmələrini arzulamış, yeni yaranmış bir təşkilat üçün belə kollektiv tədbirlərin nə qədər önəmli olduğunu vurğulamışdır.
Vətəni   tanıyaqVətəni tanıyaq

YAP İsmayıllı Rayon Təşkilatı Qadınlar Şurasının və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü ilə İsmayıllı Tikiş Fabrikində çalışan qadınların Çuxurqəbələ arxeoloji muzeyinə gəzintisi təşkil olunmuşdur. Gəzintidən öncə YAP İsmayıllı Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini Gülnar Mikayılova qadınlar qarşısında çıxış edərək onlara Çuxurqəbələnin tarixi barədə qısa məlumat vermiş, bir günlük olsa belə ev, iş qayğılarını unudaraq yaxşı dincəlmələrini arzulamış, yeni yaranmış bir təşkilat üçün belə kollektiv tədbirlərin nə qədər önəmli olduğunu vurğulamışdır.
Vətəni   tanıyaq
Gəzinti iştirakçıları Çuxurqəbələnin eramızdan əvvəlki və eramızın ilk əsrlərindəki yaşayış yerlərində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilərək açıq səma altında yaradılmış muzeylərə böyük maraqla tamaşa etmişlər. Qəbələ eramızdan əvvəl IV əsrdən, eramızın V əsrinin ortalarına kimi Qafqaz Albaniyasının paytaxtı olmuş, XVIII əsrə qədər Azərbaycanın və Şərqin inzibati, iqtisadi, mədəni mərkəzlərindən birinə çevrilmişdir. Hazırda qədim Qəbələ şəhərinin qalıqları Antik, Səlbir və Qala olmaqla 3 ərazidə yerləşir. Eramızdan əvvəl IV əsrdən bizim eranın I əsrinin sonuna qədər Qəbələ şəhəri Qaraçayın sol sahilində 50 hektarlıq “Antik sahə” adlanan ərazidə yerləşirmiş. Bu sahədə əsaslı qazıntılara 1967-ci ildən başlanmışdır. Arxeoloji qazıntılar zamanı ümumi sahəsi 590 kvadratmetr olan kirəmitli, daş sütunlu, çiy və bişmiş kərpiclərdən hörülən böyük ictimai bina qalıqları aşkar edilmişdir. İctimai əhəmiyyət daşıyan bu bina eramızdan əvvəl I və bizim eranın I əsrlərinə aid olan iri sütunlu zaldan, geniş dəhlizdən və kiçik otaqlardan ibarət olub. Eyni zamanda bu binanın yanında birinin sahəsi 645 kvadratmetr, digərinin sahəsi isə təqribən onunla eyni olan 2 oval planlı bina qalıqları aşkar edilmişdir. Formaca qədim Yunanıstanın stadionlarına və Romanın amfiteatrlarına oxşayan binalarda dövlət əhəmiyyətli tədbirlərin, dini mərasimlərin keçirilməsi və tamaşaların göstərilməsi güman edilir.
Burada aşkarlanmış təsərrüfat tikilisi də xüsusi diqqət çəkir. Saxsı su borusu, kanalizasiya xətti, hamam, zibilxana, zibilin yandırılması texnologiyası qədim əcdadlarımızın yüksək mədəniyyətindən xəbər verir.
Eramızın I əsrinin sonlarında xarici siyasi hadisələrlə əlaqədar Qəbələ şəhəri strateji cəhətdən daha əlverişli olan, hazırda Səlbir və Qala adlanan əraziyə köçürülmüşdür. 12 hektar ərazini əhatə edən, şimaldan xəndəklə, cənubdan orta əsrlərə aid hündürlüyü 10-14 metrə çatan möhtəşəm qala divarları ilə əhatə olunan bu hissədə hələ ki, ciddi araşdırmalar aparılmayıb.
Vətəni   tanıyaq
Gəzinti iştirakçıları tariximizin bir parçasını özündə yaşadan açıq səma altındakı bu muzeydən xoş təəssüratla ayrılaraq yeni və müasir Qəbələ ilə tanış oldular. Kanat xəttindən, Qəbələdən, istirahət və əyləncə mərkəzindən də tikişçilər xoş təəssüratla ayrıldılar. Ümumilikdə, gəzinti hamı da xoş və unudulmaz təəssürat yaratdı.
Göstərdiyi köməyə görə, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Zahid Əkbərova, Qəbələnin gəzməli, görməli guşələrində məmnuniyyətlə əyləci basan, mədəni rəftarı, mehriban münasibətilə gəzintiyə rəng qatan sürücü Əvəzxan Əhmədəliyevə minnətdarlıq edirik. Əvəzxan Əhmədəliyev İsmayıllıdan məktəbliləri tez-tez buraya gəzməyə gətirdiyini, lakin Çuxurqəbələnin məktəblilərin gəzinti xəritəsində yer almadığını, burada ilk dəfə olduğunu təəssüflə bildirdi. Bu məlumat bizi də düşündürdü. Düşündük ki, gəzintini planlaşdıran məktəb, müəllim tariximizin öyrədilməsi və öyrənilməsi baxımından çox önəmli olan, hər qarışında bir sirr yatan bu məkanı da turist marşurutuna daxil etsələr çox yaxşı olardı. Biz sadəcə düşündük, reallaşdırmaq isə…
Ruziyyə Salmanova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Şərh Yaz