Futbol yarışı

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, yeni yaradılan Futbolun inkişafına dəstək şurasının sədri Nizami Qocayevin təşkilatçılığı, İsmayıllı bələdiyyəsinin sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş rayon üzrə futbol çempionatı keçirilmişdir.
Futbol yarışıFutbol yarışı

Çempionat 27 aprel 2014-cü il tarixdən başlayıb 6 iyun 2014-cü il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksinin stadionunda final oyunu ilə başa çatmışdır.
Finalda Hacıhətəmli və İsmayıllı bələdiyyələrinin komandaları qarşılaşmışdır. Oyun 2-0 hesabı ilə İsmayıllı şəhər komandasının qələbəsi ilə başa çatmışdır.
İdmançıların yüksək nailiyyətlərini bir qayda olaraq mükafatlandıran Mirdaməd Sadıqov qalib komandaya böyük kubok, ikinci yeri qazanan komandaya kubok, hər iki komandaya pul mükafatı təqdim etmişdir.
Bu çempionat göstərdi ki, digər idman sahələrində olduğu kimi, futbolda da canlanma yaranır və İsmayıllı Olimpiya-İdman Kompleksi bütün növ yarışlara ev sahibliyi etməyə hazırdır.
Taleh Məhərrəmov

Şərh Yaz