Müqəddəs and yerimiz

Mən onun haqqında çox eşitmişəm. Həmin illər İsmayıllıda gənclər bir yerə yığışıb söhbətləşəndə onun qəhrəmanlığından, şücaətlərdən danışardılar.
Adı dillər əzbəri idi. Əfsanəvi “Mixaylo” kimi.
O, hamının istəklisi elimizin igid oğlu Cəlal Rüstəmov idi.

Müqəddəs and yerimizMüqəddəs and yerimiz
Mən onun haqqında çox eşitmişəm. Həmin illər İsmayıllıda gənclər bir yerə yığışıb söhbətləşəndə onun qəhrəmanlığından, şücaətlərdən danışardılar.
Adı dillər əzbəri idi. Əfsanəvi “Mixaylo” kimi.
O, hamının istəklisi elimizin igid oğlu Cəlal Rüstəmov idi.
Müqəddəs and yerimiz
Yaxşı xatırlayıram, məktəblilər özlərini Cəlala oxşatmaq istəyirdilər. Onun kəşfiyyatçı kimi göstərdiyi qəhrəmanlıqdan söhbət gedərkən hamı diqqətlə qulaq asar, Cəlalı idealları kimi görərdilər.
Rayon rəhbərliyi tərəfindən Cəlalın əziz xatirəsini əbədiləşdirməkdən ötrü bulaq-abidə kompleksi yaradılmışdır. Xatirə kompleksi and yerimiz, qürur mənbəyimizdir. Bu bulaqdan su içən, yetişən nəsil zaman-zaman onun əziz xatirəsini yad edəcək, keçdiyi döyüş yolunu örnək kimi qəbul edəcəkdir.
Yaxşı olardı ki, hərbi xidmətə yola düşən gənclərimiz abidəni ziyarət edib, Cəlalın ruhunu sevindirsinlər.
Başını dik tut, Səriyyə ana! Sən şanlı Vətən torpağı uğrunda canını fəda etmiş oğul anasısan.
Təranə Məmmədova
Şəhər 4 nömrəli tam orta məktəbin müəllimi

Şərh Yaz