Təhlillər aparılır, layihələr müəyyənləşdirilir

İsmayıllı rayon icra Hakimiyyəti sosial-iqtisadi, mədəni-mənəvi inkişafını təmin etmək, təhsilin təkmilləşdirilməsini və keyfiyyət artımını davam etdirmək məqsədilə təhlillər aparır, bunların nəticəsi olaraq yeni layihələr müəyyənləşdirir.
Ümumilikdə rayonu əhatə edən belə bir tədbir 2013-cü ilin mart ayında rayondan kənarda yaşayan sonra isə sahələr üzrə davam etdirilmişdir.

Təhlillər aparılır, layihələr müəyyənləşdirilirTəhlillər aparılır, layihələr müəyyənləşdirilir
İsmayıllı rayon icra Hakimiyyəti sosial-iqtisadi, mədəni-mənəvi inkişafını təmin etmək, təhsilin təkmilləşdirilməsini və keyfiyyət artımını davam etdirmək məqsədilə təhlillər aparır, bunların nəticəsi olaraq yeni layihələr müəyyənləşdirir.
Ümumilikdə rayonu əhatə edən belə bir tədbir 2013-cü ilin mart ayında rayondan kənarda yaşayan sonra isə sahələr üzrə davam etdirilmişdir.

Təhlillər aparılır, layihələr müəyyənləşdirilir
Bu günlərdə Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət və Turizm Şöbəsinin əhatə etdiyi müəssisələrdə çalışanlarla müzakirə-təhlil xarakterli toplantı keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başlanğıcda çıxış edərək toplantının məqsədini, məramını aydınlaşdırdı, iştirakçıları açıq, obyektiv vəziyyətdən doğan söhbətə çağırdı, fəallığa, düşünülmüş yollar axtarmağa dəvət etdi.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov rəhbərlik etdiyi sahənin funksiyasına daxil olan bütün istiqamətlər üzrə mövcud vəziyyət barədə ətraflı məlumat verdi. Xüsusilə onu qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğısının və rayon İcra Hakimiyyəti rəhbərliyinin məsuliyyətli yanaşmasının nəticəsi olaraq rayonda mədəniyyət obyektlərinin əsaslı təmiri geniş miqyasda, keyfiyyətlə, yeni memarlıq üslubunda aparılır. “Gəncə” uşaq kitabxanası, rayon mədəniyyət mərkəzi buna çox aydın nümunədir. Əhən kəndində unudulmuş, dağılmış bir binanın təmir olunub, klub kimi istifadəyə verilməsi iş adamlarının, yerli ziyalıların mədəniyyətə müasir münasibətini əks etdirir. Obyektlərin kompüterləşməsi daha sürətlə davam etdirilir. Heydər Əliyev Mərkəzində dərnəklərin səmərəli fəaliyyət göstərməsi də ən müsbət işlər sırasındadır.
A.Abbasov rayon uşaq incəsənət məktəbinin binasının yararsız vəziyyətdə olduğunu dedi və bildirdi ki, bu səbəbdən musiqiyə, incəsənətin digər növlərinə maraq göstərən bütün uşaqları təhsilə cəlb etmək olmur. Mərkəzi kitabxana sisteminin kitabla təminatı üçün çox az vəsait ayrılır. “Xalq teatrı”nın təşkili üçün müvafiq kadrlar yoxdur.
Çox təəssüf ki, digər sahə rəhbərlərinin və iştirakçıların çıxışlarında bu obyektivliyə rast gəlinmədi. Mərkəzi kitabxana sisteminin direktoru Ələddin Ələkbərov, keçmiş direktorları Vaqif Ağayev, Həmid Baxışov, uşaq incəsənət məktəbinin direktoru Elşən Süleymanov, direktor müavini Nazim Aydınov, keçmiş direktoru Əvəz Abbasov və başqalarının çıxışlarında, suallarında işi yaxşılaşdırmağın yeni yolları, yeni üsulları görünmədi. Bəzi çıxışlarda isə şəxslərin bilavasitə özlərinə aid məsələlər daha çox əksini tapdı. O meyl də özünü qabarıq göstərdi ki, rayon mədəniyyət mərkəzinin, uşaq incəsənət məktəbinin, mərkəzi kitabxana sisteminin bəzi işçiləri öz vəzifə, ixtisas və əmək funksiyalarına aid olan işlərin icrasını rayon rəhbərliyindən istəyirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər kəsi çox səbirlə dinlədi, səmimiyyətlə, pedaqoji professionallıqla, rəhbər tələbkarlığı ilə yeni, müasir texnologiyalara əsaslanan fəaliyyət yollarını göstərdi, qarşılıqlı əməkdaşlıq və qabaqcıl təcrübəyə əsaslanmaqla işləməyə çağırdı. Məsləhət gördü ki, layihələrlə çıxış etsinlər, öyrənsinlər, inkişafın mədəniyyət və turizm sahəsinə aid özünəməxsus metodlarına yiyələnsinlər.
Mirdaməd müəllim iştirakçılara müraciət edərək kimin hansı probleminin, çətinliyinin, ehtiyacının olduğunu soruşdu. Azər Abbasova tapşırdı ki, bu məsələni özü öyrənsin və məlumat versin.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçılarla birgə uşaq incəsənət məktəbinin hazırladığı kiçik konsertə tamaşa etdi.
Təbiidir ki, yaxın zamanlarda burada aparılan təhlillər yeni layihələrdə öz əksini tapacaqdır.
V.Salehov,
Azərbaycan Jurnalistlər birliyinin üzvü

Şərh Yaz