Mən əsgər gedirəm

Mən əsgər gedirəm
Azərbaycan bizə ulu babalardan – Cavanşirdən, Babəkdən, Koroğludan yadigardır. Basılmaz, məğlubedilməzdir odlar yurdu. Bu gün üstündə məğrur durduğumuz torpaq çox döyüşlərin şahidi olub. Tarixin müxtəlif dönəmlərində, birlik yox olanda, babalarımızın uyuduğu torpaqları itirmişik. Artıq hər birimiz bilirik ki, birlik yoxa çıxanda, yox olur Vətən də…
Lakin, uzaqgörən, müdrik öndərimiz Heydər Əliyevin yürütdüyü uğurlu azərbaycançılıq siyasətinin nəticəsi olaraq bu gün xalqın birliyi var, Azərbaycana onun bütövlüyünü qaytara biləcək qüdrətli ordusu var.

Mən əsgər gedirəm

Azərbaycan bizə ulu babalardan – Cavanşirdən, Babəkdən, Koroğludan yadigardır. Basılmaz, məğlubedilməzdir odlar yurdu. Bu gün üstündə məğrur durduğumuz torpaq çox döyüşlərin şahidi olub. Tarixin müxtəlif dönəmlərində, birlik yox olanda, babalarımızın uyuduğu torpaqları itirmişik. Artıq hər birimiz bilirik ki, birlik yoxa çıxanda, yox olur Vətən də…
Lakin, uzaqgörən, müdrik öndərimiz Heydər Əliyevin yürütdüyü uğurlu azərbaycançılıq siyasətinin nəticəsi olaraq bu gün xalqın birliyi var, Azərbaycana onun bütövlüyünü qaytara biləcək qüdrətli ordusu var.

Mən əsgər gedirəm
Cavanşirin yurdu olan qədim İsmayıllı torpağının vətənpərvər oğulları yaşadıqları tarixin çoxsaylı savaşlarında xalqın adını, ana və bacıların namusunu, dövlətin mənafeyini qorumaq üçün vuruşmuş, ölməzlik, vətəni yaşatmaq naminə ölümə atılmışlar.
Bu gün isə onların davamçıları hərbi xidmətə gedərək babalardan miras qalan vətəni, ana və bacılarını, müstəqil Azərbaycanı qorumağı vətəndaşlıq borcu sayırlar.
Hərbi xidmətə getmək şərəf, qürurdur. Yanvar ayının 7-də İsmayıllıda gənclərin həqiqi hərbi xidmətə çağırışı təntənəli şəkildə qeyd olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsində çağırışçıların vaxtında hərbi hissələrə çatdırılması üçün təlimata uyğun bütün tədbirlər yerinə yetirilib. Çağırışçılar əvvəlcə şöbədə sağlamlıq üzrə yoxlamadan keçiblər.
Tədbirin rəsmi hissəsi rayonun mərkəzi meydanında keçirilib. Rayon İcra Hakimiyyəti icra aparatının əməkdaşları və çağırışçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Dövlət himni səsləndirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbirdəki çıxışını Məmməd Arazın:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
misraları ilə başlayıb. Mirdaməd müəllim deyib:
– Əziz gənclər, bu gün siz vətənin keşiyini çəkməyə gedirsiniz. Bu böyük şərəfdir. Allah hər bir oğula vətənini qorumağı nəsib etsin. Arzum odur ki, siz doğma yurda, ata ocağına qalib əsgər adı ilə qayıdasınız.
Mən əsgər gedirəm Mən əsgər gedirəm
İcra başçısı çağırışçılara mətin, mübariz olmağı tövsiyə edib, onlara xoş arzularını çatdırıb. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun günü-gündən daha da qüvvətləndiyini vurğulayıb. O, əsarət altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinin həyat həqiqəti olacağını bildirib.
Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi Xamis Bədəlov gəncləri hərbi xidmətdə ayıq-sayıq olmağa, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyə, hərbi sirlərə və texnikaya əzmlə yiyələnməyə, düşmənə sarsıdıcı zərbələr endirməyə hər an hazır olmağa səsləyib.
Tədbirdə valideynlər adından çıxış edən Əzizağa Osmanov hərbçilərə dövlət qayğısından, QMƏVŞA ictimai birliyinin sədr müavini Kamil Dadaşov hərbin sirlərinə yiyələnməyin üstün cəhətlərindən, İsmayıllı Rayon Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Abduləli Əliyev hərbi xidmətə çağırılanların vətəndaşlıq borclarından söz açıb. Çıxış edənlər gündən-günə qüdrətlənən ordumuzun düşmənə layiqli cavab verməyə hər an hazır olduğunu vurğulayıb, ordu sıralarına yola düşənlərə uğurlar, can sağlığı arzulayıblar.
Çağırışçılar Dövlət bayrağını öpərək, altından keçiblər. Onlara qol saatları hədiyyə edilib.
Çağırışçı Şükür Abilzadə hərbi xidmətə getməkdən qürur duyduğunu bildirib, sevinc hisslərini həmyerlimiz Ş.Dağlaroğlunun şeirlə dilə gətirib.
Mən əsgər gedirəm, anam kövrəlib,
Yadına bəlkə də, pis günlər düşür.
Yaxınlar, doğmalar, əzizlər gəlib,
Boynuma qol salıb, bir də görüşür.

Mən əsgər gedirəm, ana vətən, bil,
Sənin dağ vüqarın öz vüqarımdır,
Mərd oğul ölsə də, əyilən deyil,
Yolumu gözləyən, anam, yarımdı.
Yolasalma mərasimində İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Niyal” xalq çalğı alətləri ansamblı, rayonun tanınmış müğənniləri konsert proqramı ilə çıxış ediblər. Proqramda Vətəni, mərdliyi və mübarizliyi tərənnüm edən mahnılar səslənib. Çağırışçılar rəqs edib, onları yola salanlarla bərabər seviniblər. Çağırışçılar hərbi hissələrə gülə-gülə- musiqi sədaları ilə yola salınıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsi tərəfindən Prezidentin müvafiq Sərəncamı ilə bu ilin yanvarında ümumilikdə 87 nəfər gənc hərbi hissələrə yola salınacaq.
Ç.Bəhərçinli
Ş.Soltanov

Şərh Yaz