İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin uğurları

İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin uğurları
2013-cü il İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin kollektivi üçün uğurlu olmuşdur. Belə ki, dərnək üzvləri rayon və respublika bilik yarışlarında, müxtəlif layihələrdə iştirak edərək, yüksək nəticələr əldə etmişlər.İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin uğurları

2013-cü il İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin kollektivi üçün uğurlu olmuşdur. Belə ki, dərnək üzvləri rayon və respublika bilik yarışlarında, müxtəlif layihələrdə iştirak edərək, yüksək nəticələr əldə etmişlər.
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin uğurları
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəblilərin ekoloji tərbiyəsini və əhalinin ekoloji maarifləndirməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2013-cü ildə Respublika məktəbliləri arasında keçirilən “Ekoerudit” breyn-rinq ekoloji bilik yarışında rayonun Babadağ komandası II yerə layiq görüldü. Komandanı M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbindən Təbiətin dostları Aydan Ağazadə, Murad Şahlarlı, Ramtiq Alızadə, Ləman Ağalı, Nazpəri Əzizli təmsil edirdilər. Qaliblər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
5 iyun Ətraf Mühitin Beynəlxalq Mühafizəsi Günü Azərbaycan Respublikası Təhsil Nazirliyi və Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin II Respublika müsabiqəsinin yekun tədbirində gənc meşəçilərindən Tircan kənd tam orta məktəbinin VIII sinif şagirdi Ağasəməd Bədəllinin hazırladığı layihə I yerə, şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Rübabə Zeynalovanın hazırladığı layihə III yerə, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin VIII sinif şagirdi Vasif Soltanovun və şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Elnarə Səmədovanın hazırladıqları layihələr isə IV yerə layiq görüldü. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
“Yaşıl Azərbaycan” məktəblilərin yaşıllaşdırma, “Su həyatdır” məktəblilərin suya qənaət aylıqları, “Meşələri qoruyaq” Gənc meşəçilərin II Respublika müsabiqəsi “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı rayonun məktəblilərinin fəal iştirakı ilə yekunlaşmışdır.
Aylıqlar və müsabiqələr dövründə məktəblərdə və rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində fəaliyyət göstərən “Ekoloji patrul”, “Təbiətin dostları”, “Gənc meşəçilər”, “Yaşıl patrul”, “Mavi patrul” dəstələrinin fəaliyyəti daha da canlandırılmış, onların keçirilən tədbirlərdə fəal iştirakı təmin olunmuşdur.
Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təcrübə sahəsində yetişdirilmiş 990 ədəd ağcaqayın tingi yaşıllaşdırma aylığında müxtəlif təşkilatlara təmənnasız verilmiş və məktəblilərin fəal iştirakı ilə əkilmişdir. Bundan əlavə, əkmək üçün bütün məktəb və digər təşkilatlara gül toxumları da verilmişdir.
Keçirilən ekoloji tədbirlərdə şəhər 1, 2, 3, 5, 7, Lahıc, Ruşan, İvanovka, Buynuz kənd tam orta məktəbinin təbiətsevərləri daha fəal iştirak etmişlər.
Təzəkənd kənd tam orta məktəbinin coğrafiya müəllimi Elşad Vahabov, Tircan kənd tam orta məktəbinin coğrafiya müəllimi Gülyanaq Əliyeva, şəhər 3 nömrəli tam orta məktəbin biologiya müəllimləri Əminə Ağayeva, Şəmsinur Rzayeva, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin biologiya müəllimi İnqilab Əliyev rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə əməkdaşlıq edərək şagirdlərin ekoloji tərbiyəsində uğurlu nəticələr qazanmışlar.
Gənc təbiətçilər hərəkatının 90 illiyi və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 85 illiyi ilə əlaqədar Tircan kənd tam orta məktəbinin X sinif şagirdi Vüqar Məmmədzadə “Ətraf mühitə töhfəmiz” məktəblilərin Respublika Ekoloji Formunda II, Diyallı kənd tam orta məktəbinin X sinif şagirdi Aysel Nuriyeva IV yeri tutduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya idarəsi tərəfindən Diplomla təltif edilmiş, onlara qiymətli hədiyyələr verilmişdir.
Yaşar Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz