Rabitə ustası

Rabitə ustası
Telefon aramsız zəng çaldı. Dəstəyi götürdü: bir anda üzünə nur çiləndi, dodağına təbəssüm qondu. Bu, böyük oğlu Azad idi. Türkiyədən zəng edirdi. Axşam televiziya kanallarından birində çıxış edəcəyini xəbər verirdi. Sevinc bütün ailə üzvlərinə sirayət etdi. Səbirsizliklə həmin anı gözləməyə başladılar.
Bu, Osmanlı Qəhrəmanın ailəsində olan sevincli dəqiqələrdən biri idi. O, belə anları çox yaşamışdı.
Müharibənin acı günlərindən birində -1943-cü ilin avqust ayında İsmayıllı rayonunun Mican kəndində dünyaya göz açdı. Bir neçə bacının tək qardaşı olduğuna görə bu xoş xəbər, təkcə ailənin deyil, qohum-əqrəbanın, qonum-qonşunun sevincinə çevrildi. Orta məktəb illərində oxumaqdan yorulmadı. Tərbiyəsi ilə hamının diqqətini cəlb etdi. Məktəbi müvəffəqiyyətlə bitirib sənədlərini Bakı Neft Texnikumuna verdi. 1959-1962-ci illərdə təhsil aldıqdan sonra “Azneft” sistemində müxtəlif vəzifələrdə çalışdı.

Lakin bütün bunlar onu qane etmir, daha yaxşı mütəxəssis olmaq arzusu bir an da rahat buraxmırdı. Elə bu istəklə də 1964-cü ildə sənədlərini Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universitetinə) verdi və imtahanlardan uğurla keçib tələbə oldu. Gecəsini gündüzünə qatdı, oxuyub-öyrənməkdən bir an da usanmadı. Hər dəfə bir pillə ucaldı. Nəhayət, şirinli-acılı tələbəlik illəri geridə qaldı.
1969-cu ildə institutu bitirərək rabitəçi-mühəndis ixtisasına yiyələndi. Azərbaycan Rabitə Nazirliyinin göndərişi ilə İsmayıllı Rayon Rabitə Qovşağına rəis müavini vəzifəsinə təyin olundu. Bu böyük etimaddan ruhlanan gənc mütəxəssis tezliklə hamının rəğbətini qazandı, iş yoldaşlarının sevimlisinə çevrildi: 1972-1974-cü illərdə sahə rəisi kimi fəaliyyət göstərəndə də işçilərlə səmimi rəftar, vicdanla çalışma onun əsas iş üslubu idi. Bu çalışqanlığı, işə məsuliyyətlə yanaşması onun vəzifə pillələri ilə qalxmasına yardımçı oldu.
1974-cü ildə irəli çəkilərək İsmayıllı Telekommunikasiya Qovşağının rəisi təyin olundu. Dəyişən təkcə vəzifə oldu: işgüzarlığı, səmimiliyi, zəhmətsevərliyi, işə məsuliyyətlə yanaşmağı onu bir an da tərk etmədi. İşdə baş verən xırda narazılıqları yerindəcə aradan qaldırmasının nəticəsi idi ki, rabitə sahəsində, demək olar ki, nöqsan olmurdu.
Rabitə ustası
Bu qüsursuzluğun nəticəsi idi ki, kollektivinin və rayon rəhbərliyinin və əhalinin dərin hörmətini qazandı. Dövlət də əməyini yüksək qiymətləndirdi. 1981-ci ildə “Şərəf nişanı”, 1986-cı ildə “Xalqlar dostluğu” ordenləri ilə təltif olundu. Nəhayət, 2006-cı ildə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə “Rabitə ustası” kimi yüksək və şərəfli, fəxri ada layiq görüldü. Bu, çox az adama nəsib olan bir xoşbəxtlikdir.
Bu, O.Osmanlının iş müvəffəqiyyətləridir. Bir insan kimi, onun məziyyətləri bitməz-tükənməzdir. Sevimli şairimiz M. Yaqubun aşağıdakı sözləri sanki onun kimi insanların boyuna biçilib:
Bu dünyada sevinc də var, dərd də var.
Hərəsi bir yana çəkər könlümü.
Yaxşı ki, namərd yanında mərd də var,
Biri söksə, biri tikər könlümü.
Uca dağlar kimi başına bəmbəyaz qar ələnmiş, qəlbi insanların qəlbi ilə həmişə bir vuran bu el ağsaqqalı cavanlığında olduğu kimi eyni fəallıqla yaxınların, uzaqların xeyir-şər məclislərində iştirak edir. Həqiqətən də, el-obanın, böyüyün də, kiçiyin də hörmət və məhəbbətini heç də hər adam qazanmır. Üzünə saxta güləş maskası taxıb yaxşı adam titulu qazanmaq istəyənlərdən fərqli olaraq, nə yaxşı ki, insanlıq adına şərəf gətirən belə müdriklərimiz də var.
Q.Osmanlı eyni zamanda nüfuzlu ailə başçısıdır. Ömür-gün yoldaşı Həbibə xanım gözəl pedaqoq, müdrik məsləhətləri ilə hamıya kömək əli uzadan insan olmaqla bərabər, ən çətin anlarda həyat yoldaşına dayaq duran, nüfuz və uğur qazanmasında böyük rolu olan dəyərli insandır. Böyük oğlu Azad Azərbaycan İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Dövlət xətti ilə İstanbul Mərmərə Universitetinin doktoranturasında oxuyub iqtisad doktoru dərəcəsini alıb. Sonra Doğuş Universitetində iqtisadiyyat üzrə dərs deməyə başlayıb. O, vaxtaşırı Türkiyə Universitetlərində müxtəlif mövzularda çıxışlar etmiş, ayrı-ayrı şəhərlərdə bələdiyyə və maliyyə müfəttişləri üçün seminarlar keçirmiş, mühazirələr demişdir. Azad bir neçə kitabın müəllifi olmaqla bərabər, Türkiyə televiziyalarına tez-tez dəvətlər alır.
Digər övladları orta ixtisas təhsili almış, öz tərbiyə və əxlaqları ilə həyatda fəal mövqe tutmuşlar. O, həm də səkkiz nəvənin sevimli babasıdır. Böyük insan adına şərəf gətirən insanlar cərgəsində adı fəxrlə çəkilən Qəhrəman Osmanovun 70 yaşı tamam olub. Bu münasibətlə onu el-oba adından ürəkdən təbrik edir, sağlam həyat, işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.
Rəna Mirzəliyeva
İsmayıllı şəhəri

Şərh Yaz