Xaqani yaradıcılığında sözün dəyəri

Xaqani yaradıcılığında sözün dəyəri

Bəşəriyyətin bədii fikir tarixində əbədi ad qazanan görkəmli şairlərimizdən biri də Əfzələddin Xaqani Şirvanidir. Bütün dövrlərdə əsərləri, elmi və fəlsəfi fikirləri dillər əzbəri olan mütəfəkkir ədibin şöhrəti sərhədlər aşaraq müxtəlif ölkələrə yayılıb. Adı ədəbiyyat tarixində, təzkirələrdə hörmətlə yad edilir…
Mənbələrdə intibah ədəbiyyatımızın ilk qüdrətli nümayəndəsi Xaqani Şirvani hesab edilir. O, Azərbaycan ədəbiyyatında ilk poemanın müəllifi olub. Çoxəsrlik tarixə malik qəsidə janrını əlçatmaz zirvələrə qaldırıb. Əsərləri dünya ədəbiyyatının ən yüksək yaradıcılıq nümunələri ilə yanaşı durmağa layiq görülüb.
Əfzələddin İbrahim Xaqani Şirvani 1126-cı ildə Şamaxı şəhərində anadan olub. Şairin babası toxucu, atası Əli Nəccar dülgər, əmisi və əmisi oğlu həkim və alim idilər. Anası Rabiənin atası sərkərdə, babası isə Kiçik Asiyanın Toqat şəhərindən olan möbid imiş. Atası oğlunu da dülgər etmək istəyir, onun təlim-tərbiyəsinə az diqqət yetirirdi.

Erkən yaşlarından valideynlərini itirən Xaqani əmisi Ömər ibn Osmanın himayəsində böyüyüb. Onun şair kimi yetişməsində və tərbiyəsində əmisinin xüsusi rolu olub. O, Xaqanini övladlığa götürüb və ona ilahiyyat, nücum, təbabət, fəlsəfə və riyaziyyat elmlərinə dair biliklər öyrətmişdir. Xaqani 15-16 yaşlarında ədəbiyyata böyük maraq göstərir. Əmisi ilk qələm təcrübəsi olan şeirlərini görür və sevinir. Ona Həssanül-Əcəm (Əcam Həssani) təxəllüsünü verir.
Çox keçmir, gənc şair ictimaiyyət arasında tanınır və diqqət çəkir. Təxminən 18 yaşında ikən Şirvanşahlar sarayından dəvət alır. Əvvəl tərəddüd edir, sonra dəvəti qəbul edir. Bir müddət sarayda çalışır və şəraitə uyğun mədhiyyələr yazır. Sonra onun təfəkküründə və mənəvi aləmində bir dəyişiklik – oyanış baş verir. Həyatı təlatüm və narahatlıq içində keçir, yaradıcılığı zəmanəsinin gərgin mübarizələri ilə bağlanır. Yaxın və Orta Şərq ədəbiyyatında saray şeirlərinin gözəl nümunələrini yaradır. Dövrünün hökmdarlarına mübaliğəli təriflərlə dolu şeirlər həsr edir. Eyni zamanda, sarayda qolu və hökmü güclülərə qarşı mübarizə ruhlu şeirlər yazır. Buna görə həbs olunur və Şabran zindanına atılır. “Həbsiyyə” kimi möhtəşəm əsəri də orada yazır.
Araşdırmalarda göstərilir ki, şair dövrünün müxtəlif elmlərinə dərindən bələd olub. Əbül –Üla Gəncəvi, Əbu Əl Sina kimi Şərq filosoflarının əsərləri ilə yanaşı, ərəb dilindən tərcümələr əsasında yunan fəlsəfəsini və ədəbiyyatını da mənimsəyib. Xaqani bütün yaradıcılığı boyu elm və sözə dəyər verib, kitab və kitabxanalar haqqında qiymətli fikirlər söyləyib.
Mənbələrdən məlumdur ki, Şamaxı şəhərində yaradılan ən zəngin kitabxanalardan biri də Xaqani Şirvaninin əmisi, dövrünün məşhur təbibi və filosofu Ömər ibn Osmana mənsub olub. Şair əmisinin tərifinə yazdığı şeirlərində bu barədə yazır:
Gördü ki, bələdəm hər nişanəyə,
Apardı bir kitabxanəyə.
“Əmim yol göstərdi, amala yetdim, öyrətdi o, mənə çoxlu elmi-fənn” deyən şairin ədəbi irsi çox zəngindir. O, Şərqin bir çox şəhərlərini – Ərdəbil, Həmədan, Bağdad, Şam, Mosul və İsfahan kimi mədəniyyət mərkəzlərini gəzir. Görkəmli alim və dövlət xadimləri ilə görüşür. Gəzib gördüyü yerlərin iqlimi, coğrafi şəraiti, əhalinin məişəti, əxlaqı və adət-ənənələri ilə tanış olur. Həmin səfərlərin nəticəsində “Mədain xərabələri”, “Töhfət-ül-İraqeyn” adlı əsərlərini qələmə alır.
Xaqani elm öyrənməyi yüksək dəyərləndirib. Böyüklərin ağıl və elmindən bəhrələnməyi, özünü elm və bilik kölgəsində saxlamağı və var-dövlətə zəhmətlə, biliklə çatmağı zəruri sayıb, ağıllı adamları xalq üçün qənimət bilib. Etibarı kişinin şərəfi sayıb və deyib:
Kişiyə şərəfdir bilik, etibar,
Hörmət təvazölə olar bərqərar.
Yüksəkdə duranda oturma, bil ki,
Çəkidə yüngül şey yüksəkdə durar.
Xaqani sozün cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək yazır:
Xaqani olmuşdur sözün xaqanı,
Doludur ləl ilə sözünün kanı.
O, sözə elə rövnəq verdi ki,
Fəth etdi söz ilə bütün dünyanı.
Doğrudan da, yaxşı söz demək və qiymətli əsər yaratmaq böyük sənətkara nəsib olur. Bu dünyada yalnız dəyərli və mənalı söz qalacaq. Bunu yəqin edən şair özünü söz mülkünün xaqanı hesab edib:
Şaham, mənim əlimdədir bu söz mülkü, söz diyarı,
Bu dünyada tək mənimdir söz mülkünün ixtiyarı.
Görkəmli Azərbaycan şairi Məkkə ziyarətinə gedərkən İraqa, Məkkə, Mədinə və digər şəhərlərə səyahət edir. Buralarda tanış olduğu alim və şairlərlə, dövrün mütərəqqi fikirli insanlarla görüşlər keçirir. Bu ölkələrin zəngin kitabxanalarında olur. Görüşdükləri alimlərin təvazökarlığından təsirlənərək yazır:
“Mənəm-mənəm” deyib, öymə özünü,
Həmişə müxtəsər eylə sözünü.
Cahildir özünü tərif edənlər,
Çox bilirəm demə, bilsən də əgər.
Xaqani həyatın ona çox şey öyrətdiyini etiraf edir. Bildirir ki, meşələr qələm olsa belə, cümlə dərya mürəkkəbə çevrilsə, öyrəndiklərini yazıb qurtara bilməz.
Bəli, Xaqani söz ilə bütün dünyanı fəth etdi. Gəlin, sözü qiymətləndirib, fikrimizi dəqiq ifadə edək. Söz xətrinə söz deməyək.
Yaxın və Orta Şərqin bir çox görkəmli şairləri – Əmir Xosrov Dəhləvi, Əbrürrəhman Cami, Məhəmməd Füzuli və başqaları onu özlərinə ustad hesab edib, əsərlərinə nəzirələr yazıblar. Əsərləri İranda, Hindistanda dəfələrlə nəşr olunub. O, fəlsəfəni, nücumu, Qurani-Kərimi, eləcə də riyazi və humanitar elmləri yaxşı bilib. Sözə həmişə dəyər verib, sözlə yüksəlib.
Hacıməmməd Məmmədov,
müəllim

Şərh Yaz