Regionlar danışır

Noyabr ayının 29-da İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında “Yaradıcı Gənclər” İctimai Birliyi tərəfindən “Regionlar danışır” adlanan layihə çərçivəsində rayon gəncləri ilə treninq keçirilib. Layihənin məqsədi regionlarda yaşayan gənclərə radio jurnalistika biliklərini ötürməkdir. Treninqdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Valeh Salehov da iştirak edib.Regionlar danışır
Noyabr ayının 29-da İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında “Yaradıcı Gənclər” İctimai Birliyi tərəfindən “Regionlar danışır” adlanan layihə çərçivəsində rayon gəncləri ilə treninq keçirilib. Layihənin məqsədi regionlarda yaşayan gənclərə radio jurnalistika biliklərini ötürməkdir. Treninqdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Valeh Salehov da iştirak edib.
11 gəncin iştirak etdiyi treninqdə peşəkar yayımların hazırlanması, mikrofonla işləmək, radio verilişlərin ssenarisinin yazılması, radio danışıq, İnternet üzərindən radionun yaradılması və məşhurlaşdırılması kimi biliklər öyrədilib.
Həmçinin, təlim iştirakçıları layihə çərçivəsində elan olunacaq “Regionlar danışır” geniş yayım müsabiqəsində iştirak edərək dəyərli hədiyyələr qazanmaq şansı əldə ediblər.
Qeyd edək ki, iştirakçılar tərəfindən hazırlanan ən maraqlı materiallar layihənin tərəfdaşı olan “Gənclərin səsi” radiosunun efirində yayımlanacaq.
Çinarə Bəhərçinli

Şərh Yaz