Müasir gənclik və ailə tərbiyəsi

Uşağın tərbiyəsi lap kiçik yaşlarından ailədə başlayır. Onun vətəndaş kimi formalaşması bağçada, məktəbdə davam etdirilir. Müasir dövrdə yeni nəslin tərbiyə edilməsində uşaq bağçalarının üzərinə məsul vəzifələr düşür. Belə müəssisələrdə tərbiyə verməklə uşaqların zehninin erkən yaşlarından inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur. Get-gedə bağçaların sayı artmaqdadır. Yeni təhsil strategiyasında bu sahəyə yüksək önəm verilir. Həmin sənədə uyğun olaraq Azərbaycan təhsilində böyük yeniliklərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün məktəblərin pedaqoji kollektivləri işlərini Strategiyanın tələbləri səviyyəsində qurmalıdırlar. Burada Ulu öndər Heydər Əliyevin sözlərini yada salmaq lazımdır. 1996-cı ildə Azərbaycan gənclərinin I forumunda demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu öndərin nəzərdə tutduğu gənclər məhz məktəblərdə yetişir və onların qarşısında qoyulmuş ümdə vəzifədir.

Müasir gənclik və ailə tərbiyəsi

Uşağın tərbiyəsi lap kiçik yaşlarından ailədə başlayır. Onun vətəndaş kimi formalaşması bağçada, məktəbdə davam etdirilir. Müasir dövrdə yeni nəslin tərbiyə edilməsində uşaq bağçalarının üzərinə məsul vəzifələr düşür. Belə müəssisələrdə tərbiyə verməklə uşaqların zehninin erkən yaşlarından inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur. Get-gedə bağçaların sayı artmaqdadır. Yeni təhsil strategiyasında bu sahəyə yüksək önəm verilir. Həmin sənədə uyğun olaraq Azərbaycan təhsilində böyük yeniliklərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün məktəblərin pedaqoji kollektivləri işlərini Strategiyanın tələbləri səviyyəsində qurmalıdırlar. Burada Ulu öndər Heydər Əliyevin sözlərini yada salmaq lazımdır. 1996-cı ildə Azərbaycan gənclərinin I forumunda demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu öndərin nəzərdə tutduğu gənclər məhz məktəblərdə yetişir və onların qarşısında qoyulmuş ümdə vəzifədir.

Heydər Əliyev hər an gəncliyə diqqət yetirmişdir. 1997-ci ildə 2 fevralın “Gənclər günü” elan edilməsi də bu qayğıdan qaynaqlanır. Bu gün gənclər üçün geniş fəaliyyət imkanları yaradılmışdır. Təkcə idman qurğularını misal gətirmək kifayətdir. Gənclər mərkəzi, klub və kitabxanalar da öz yerində. Sual meydana gəlir:
– Gənclərimiz mədəni istirahət etməyi bacarırlarmı? Açığını desək bu suala qısaca yox cavabı vermək olar. Bu işin təşkilinə təşəbbüs göstərən də yoxdur desək səhv etmərik. Rayon Gənclər və İdman İdarəsi bu istiqamətdə çox iş görə bilər, görməlidir də. Təəssüf ki, bu, belə deyil.
Cəmiyyətdə gənclər bizim gələcəyimizdir fikri tez-tez təkrarlanır. Bunun üçün həmin gənclər hərtərəfli inkişaf etməli, dərin biliklərə yiyələnməli, müasir siyasətə baş vurmağı bacarmalıdırlar. Ulu öndər gənclərin II forumunda gənclərə müraciətlə demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə Sizə tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”. Ulu öndərin bu nəsihətinin həyata keçirilməsi sahəsində gənclər çox iş görməlidirlər. İlk öncə milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolu yüksək olmalıdır. Tarixi keçmişə bağlılıq, vətənpərvərlik mühüm əhəmiyyət kəsb edir.
Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirilməlidir. Gənclər təşkilatlanmalıdırlar. Dövlət idarəçiliyində gənclərin rolu artırılmalı, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası vacib amillərdəndir. Sağlam gənclərin yetişdirilməsi üçün gənclər siyasətində idmanın inkişafı, onun kütləviliyi ön planda olmalıdır. Ölkənin zəngin resursları gənclərin hərtərəfli inkişafına kifayət qədər imkanlar var. Bunlardan faydalanmaq lazımdır. Gənclərlə iş aparmaq üçün forumların sənədlərinə istinad etmək lazımdır. Həmin sənəddəki müddəalar gənclər arasında ideoloji işin təşkili sahəsində mühüm rol oynaya bilər. Bu vəzifə də gənclər və idman idarəsinin üzərinə düşür.
Biz nə qədər qloballaşsaq da, Avropalaşsaq da azərbaycanlı kimi qalmalı, soy kökümüzə bağlı olmalıyıq. Azərbaycan xalqının ailə-məişəti, ailə tərbiyəsi – pedaqogikası özünəməxsusluğu ilə fərqlənir. Bu xüsusiyyətlər böyüyə hörmət və onun məsləhətlərinə qulaq asmaqda, balacalara, xəstələrə qayğıda özünü göstərməlidir. Ailə elə ocaqdır ki, orada hər cür insan “bişə” bilər: adil də, zalım da. Çox təəssüf ki, son vaxtlar aldığımız, eşitdiyimiz xəbərlər onu göstərir ki, bu sahədə sapmalar baş verir: ailə münaqişələri, ailə-məişət zəminində cinayətlər, gənclərin oğurluğa meyl etməsi və sair xoşagəlməz hallar dediyimizə sübut deyilmi?
Ailə müqəddəs ocaqdır, oradakı nuranilər uzun illərdir ki, ailə tərbiyəsini nəsildən-nəsilə ötürürlər. Azərbaycan ailəsi tərbiyə məsələlərində digər xalqlardan xeyli fərqlənir, özü də müsbət mənada. Mən yuxarıda sapmalardan söhbət açarkən hamını nəzərdə tutmamışam, kimisə belə ittiham etməyə heç hüququm da çatmır. Burada bir misal gətirmək istərdim. Ziyalı bir dostum söhbət əsnasında ailə tərbiyəsi ilə əlaqədar əhvalatmı, rəvayətmi deyim, olmuş əhvalat desəm daha dəqiq olar danışdı.
– Kiçik yaşlarımda qonşunun çəpəinin dibində üç ədəd toyuq yumurtası tapdım. Onları götürüb tez evə qaçdım və nənəmə dedim:
– Nənə, yumurta tapnışam, bunları bişir yeyim.
Nənəm haradan tapdığımı soruşdu:
– Qonşunun çəpərinin dibindən, – cavabını verdim.
Nənəmin nurani simasına baxdım, pərt olması bilinirdi, başıma sığal çəkə-çəkə:
– Bala, oğurluq eləmək böyük günahdır, atan-anan ölər, apar qoy yerinə.
Nənəm əlimdən tutaraq, məni həmin yerə gətirdi və yumurtaları çəpərin dibinə qoydum. Bu mənim üçün ömürlük ibrət dərsi oldu. Əhvalatı danışan adam artıq babadır. Deməli, bu kiçik əhvalat ona da, ailəsi üçün də bir dərsdir. Heç bir təhsil görməmiş nənənin bu həyati dərsi böyük əhəmiyyət kəsb edir.
Ailə tərbiyəsi ilə əlaqədar yuxarıdakı misalın əksi olan bir əhvalat da danışsaq fikrimiz tamamlana bilər. Əhvalat belədir:
Dul bir qadının kiçik yaşlı oğlu qonşunun toyuğunun yumurtalarını cibinə yığıb evə gətirir. Bunu görən ana:
– Ay sənə qurban olum, bunları hardan tapdın, yerində qalmayıb?
Ananın oğlunun belə hərəkətini təqdir etməsi uşağı daha da şirnikdirir. Uşaq toyuq, qoyun, sonra dana oğurlayır. Nəhayət, ilişir və məhkəməyə düşür. Hakim ona son söz verir. O, son sözdən imtina edir və anasının dilindən öpməyə icazə istəyir. Hakim icazə verir. Oğlan anasının dilinin ucunu dişi ilə qoparır. Səbəbini belə izah edir.
– Mən lap kiçik ikən evə oğurluq yumurta gətirəndə anam mənə “ay sənə qurban olum” dedi, əgər məni yaxşıca kötəkləsəydi, indi burada oturmazdım. Səbəb budur. Deməli, bir kəlmə sözlə, kiçik bir qapazla böyük cinayətin qarşısını almaq mümkündür. Hər iki misalın nəsihətamiz əhəmiyyəti, ailə tərbiyəsinin danılmazlığı göz qabağındadır.
Bəs müasir dövrdə baba, nənə və valideyn tərbiyəsi haqqında nə demək olar. Hər şeyi öz adı ilə adlandırsaq, bu sahədə əyintilərə yol verilir. Əksər baba və nənələr nəvələrin nazı ilə oynayaraq onları ərköyünlüyə öyrədirlər. Uşaq istədiyinə nail olmaq üçün şıltaqlığa, ağlamağa başlayır. Uşağı sakitləşdirmək üçün onun dediyini yerinə yetirmək məcburiyyətində qalırlar. Belə hal artıq vərdişə çevrilir. Valideyn də uşağın artan tələblərini yerinə yetirməkdən ötrü dəridən-qabıqdan çıxır. Bahalı telefon, imkanlı ailələrdə isə bahalı avtomaşın tələb edir. Məktəbdə uşaqlar arasında bir növ bəhsə-bəhs düşür. Maraqlısı da budur ki, valideyn uşağına məktəbli forması almağa imkanı olmadığını deyir, ancaq mobil telefona pul tapır. Halbuki, o telefonun puluna neçə məktəbli forması almaq mümkündür.
Uşaqlarda valideynlərə pul kisəsi kimi baxmaq vərdişləri formalaşır, onlar get-gedə daha tələbkar olurlar. Valideyn isə məcburən bu sifarişləri yerinə yetirməli olur.
Müasir gənclərin bəzilərinin davranışları, danışıqları ictimaiyyəti razı salmır. İctimai nəqliyyatda gənclərin şit-şit zarafatları, bərkdən gülmələri, danışıqları ətrafdakıların narazılığına səbəb olur. Küçədə, digər yerlərdə günəbaxan tumu çırtdamaq, siqaret çəkib kötüyünü hara gəldi atmaq kimi hərəkətlər ətrafda olanların xoşuna gəlmir. Onların bu hərəkətlərinə irad tutanlar da olmur.
Sürtülmüş cins şalvar, ayağına rezin çəkələk geyib saçlarını uzatmaq, əlində qulaqcıqlı mobil telefon heç də müasirlik sayılmır. Bəzən qulağa taxılmış qulaqcıqlar onu elə aludə edir ki, hətta o, qəzaya da uğrayır. Mobil telefonla məktəbə gələn şagird bəzən dərsin gedişinə də mane olur, müəllimə qulaq asmır. Valideynlər uşaqlarının məktəbə telefonla getməsinə icazə verməməlidirlər.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi müharibə şəraitində olan ölkəmiz üçün daha əhəmiyyətlidir. Həmin istiqamətdə iş aparmaq üçün imkanlar çoxdur.
Biz müasir gənclərdə ancaq mənfi xüsusiyyətlər axtarmaq fikrində deyilik. Axı nümunə götürəsi, ideal seçəsi Mübariz İbrahimov kimi oğullarımız var. Əgər gənclər bizim gələcəyimizdirsə, onlar da buna layiq olmalıdırlar. İstədiyimiz də budur.
B. Babayev

Şərh Yaz