Nazir vətəndaşlarla görüşüb

Nazir vətəndaşlarla görüşüb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Növbəti belə qəbul oktyabr ayının 25-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutub.Nazir vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Növbəti belə qəbul oktyabr ayının 25-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Nazir vətəndaşlarla görüşüb
Belə ki, Vergilər naziri Fazil Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edib. Qəbulda İsmayıllı, Oğuz və Qəbələ rayonlarından olan 50-yə yaxın vətəndaş iştirak edib. Vətəndaşlar vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, həmçinin vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdığı problemlər, işə qəbul və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər.
Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb. Digər məsələlərin isə araşdırılması və lazımı tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan bu imkandan razılıqlarını bildiriblər.
İsmayıllı xəbərləri

Şərh Yaz