Yaddas kitabcasi

Fərqli baxış: Həyatının “rəssam”ı ol

Sənə verilən həyat “oyun” xoşuna gəlmirsə, onları bir kənara qoy. Onun yerinə bir rəsm tablosu, sadə karandaş və pozan, bir də rəngli qələmlər götür. Arzuladığın mənzərələri bu tabloda canlandır.
Fərqli baxış:
Həyatının “rəssam”ı ol

Sənə verilən həyat “oyun” xoşuna gəlmirsə, onları bir kənara qoy. Onun yerinə bir rəsm tablosu, sadə karandaş və pozan, bir də rəngli qələmlər götür. Arzuladığın mənzərələri bu tabloda canlandır.

Karandaş və pozan həyatdakı səhvlərdə, çətinliklərdə, sınaqlarda toplanılan təcrübə kimidir, ürəyincə olmadıqda silə biləsən, düzəlişlər edə biləsən deyə. Əsil rəssam kimi rəsmləri yaradarkən öz işindən zövq al, arzularının gerçəkləşdiyini xəyal edərək, yaşayaraq yarat, amma yalnızca öz həyatını yarat, optimist yanaşaraq yarat, sevərək yarat. Rəngli qələmlərlə o rəsmi zövqüncə rənglə, bu, çəkdiyin əziyyətlərin bəhrə verməsi kimi səni xoşbəxt edəcək. Həyatının müsbətə doğru dəyişdiyində təəccüblənəcəksən. Həyatının xəyal etdiyin kimi davam etdiyini gördükdə, qəlbində bir hiss yaranacaq, həyatında baş verənləri “daha öncə hardasa görmüşəm” deyəcəksən, o zaman yaratdığın tablolar düşəcək yadına və rəssamlığın böyük mənasını anlayacaqsan. Anlayacaqsan ki, nə üçün uca Yaradan bir Rəssama bənzədilir. Həm də anlayacaqsan ki, doğrudan da, Allahın yaratdığı bütün rəsmlər böyük anlam daşıyır, bu rəsmlər içərisində ən yüksəyi, alisi və mükəmməli biz insanlarıq. Biz öz həyatımızın “rəssam”ıyıq.
Şəfəq Mürsəlli,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi

Şərh Yaz