Qarşımızda vacib məsələlər durur

Qarşımızda vacib məsələlər dururAzərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və 2012 –ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında digər sahələrlə yanaşı mədəniyyət və turizm sahələrinin inkişafına da xüsusi diqqət yetirilmişdir .
İclasda qeyd olunduğu kimi, 2011-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilmiş, bütün sahələrdə, o cümlədən mədəniyyət və turizmin inkişaf etdirilməsi, tarixi-mədəni, ədəbi-bədii irsin qorunub saxlanılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.Qarşımızda vacib məsələlər dururQarşımızda vacib məsələlər dururAzərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və 2012 –ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında digər sahələrlə yanaşı mədəniyyət və turizm sahələrinin inkişafına da xüsusi diqqət yetirilmişdir .
İclasda qeyd olunduğu kimi, 2011-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilmiş, bütün sahələrdə, o cümlədən mədəniyyət və turizmin inkişaf etdirilməsi, tarixi-mədəni, ədəbi-bədii irsin qorunub saxlanılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2011-ci ili “Turizm ili” elan etmiş, bu sahənin inkişaf etdirilməsi ilə bağlı qarşıya məsul vəzifələr qoymuşdur. O, demişdir: “Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik”. Rayon Mədəniyyət və Turizm Şöbəsi fəaliyyətində bu istiqaməti əsas götürmüşdür. 2011-ci ildə rayonumuzda mədəni-maarif müəssələrinin fəaliyyətinin təkmilləşdirilməsi, xüsusilə də turizmin inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.
Aprel ayı ərzində “Turizm ili” Proqramı çərçivəsində məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilmiş, may ayında 8 rayonun turizm obyektlərinin işçiləri üçün Türkiyədən dəvət olunmuş müəllimlər tərəfindən treninq-kurslar təşkil olunmuş, iştirakçılara sertifikat verilmişdir.
May ayında Mərkəzi meydanda turizm sərgisi, avqust ayında Gənclər və İdman İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə “ Bu Vətən bizimdir ” adlı turist düşərgələri təşkil olunmuş və sentyabr ayında turizmin inkişafı ilə bağlı “Dəyirmi masa” keçirilmişdir.
Ötən ilin yekun rəqəmi kimi göstərə bilərik ki, rayon ərazisində 1045 yerlik 22 mehmanxana və bu tipli istirahət mərkəzi fəaliyyət göstərmişdir. Bunların 9-u lisenziya almışdır.
2011-ci ildə rayonda 42 yerlik “Çıraq” oteli istifadəyə verilmişdir. Mövcud otellər və istirahət mərkəzləri sırasında “Çıraq” oteli daha müasir, daha yüksək standartlar səviyyəsindədir.Həyata keçirilən tədbirlərin nəticəsidir ki, İsmayıllıya turist axını yüksələn xətt üzrə davam edir. Rayona 2009-cu ildə 15 min, 2010-cu ildə 25 min, 2011-ci ildə isə 59 min 500 nəfər turist gəlmişdir.
İsmayıllı öz quruculuq işləri, yeniləşməsi, sosial-iqtisadi inkişafı ilə daha geniş miqyasda diqqəti cəlb edir. Bu il Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə gələn qonaqların İsmayıllıya da səfər edəcəkləri gözlənilir. Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanmışdır.
2011-ci il mədəniyyət və incəsənət baxımından daha bir proqram üzrə xarakterik olmuşdur. “Azərbaycan Xalq Yaradıcılıq Paytaxtı” proqramı çərşivəsində rayonumuz 2011-ci il üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuş, 03 mart 2011-ci il tarixində “Sənətkarlıq Paytaxtı”nın kuboku və diplomu şöbəyə təqdim edilmişdir
“2011-ci il Sənətkarlıq Paytaxtı” baxımından sərgilər, konsertlər, inşa yazı və rəsm müsabiqələri ilə zəngin olmuşdur. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında avqust ayının 17-də İctimai televiziya 3 saatlıq “Yeni gün” verilişini canlı yayımlamışdır. Verlişdə “Sənərkarlıq Paytaxtı” proqramında rayonun sosial, iqtisadi, mədəni, inkişafı da geniş əksini tapmışdır.
İyun ayında “Azərbaycan –doğma diyar” devizi altında Bakı şəhərində keçirilən azsaylı xalqların incəsənət festivalında Lahıc qəsəbəsi və İvanovka kəndinin folklor kollektivləri iştirak etmiş, İvanovka folklor kollektivinə “Xalq kollektivi” adı verilmişdir.
2011-ci ilin iyun ayında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin dəstəyi ilə Mərkəzi Meydanda xalq sənətkarlarının əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Burada İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Şamaxı rayonlarının xalq sənətkarları öz yaradıcılıq nümunələri ilə iştirak etmişlər.
Sentyabr ayının 2-də keçirilən “ Sənətkarlar bayramında Şamaxı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Şəki və Mingəçevirdən dəvət olunan sənətkarlar, ifaçılar və musiqiçilər iştirak etmişlər.
Tarixi günlər, milli bayramlar, dövlət bayramları həmişə olduğu kimi, 2011-ci ildə də əhalinin istək və maraqları səviyyəsində keçirilmişdir. Bilavasitə Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun tapşırığı və köməyi ilə belə günlər atəşfəşanlıqla müşayət olunmuş, tanınmış incəsənət xadimləri ismayıllılar qarşısında çıxış etmişlər.
Hesabat ilində kitabxanaların, mədəniyyət evlərinin və klubların xətti ilə bir sıra tədbirlər – konsertlər, müsabiqələr, konfranslar, kitab sərgiləri və digər tədbirlər keçirilmişdir. Qəza vəziyyətində olan, uyğunlaşdırılmış binalarda yerləşdirilən, oxucusu və kitab fondu az olan 11 kənd kitabxana filialı birləşdirilmişdir.
2011-ci ildə 16 ədəd kompyuter və kompyuter avadanlığı alınaraq şöbənin tabeliyində olan təşkilatların istifadəsinə verilmiş və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin saytı yaradılmışdır.
Nazirlik tərəfindən rayonun mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər nəzərə alınmaqla Azərbaycanın qeyri-maddi, mədəni irsi infrastrukturunun yerlərdə optimal şəkildə idarə olunması, sənət ustalarının, folklor qruplarının fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində İsmayıllı pilot rayonu seçilmiş və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır.
Hesabat ilində Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artmış, Mərkəz əsil mənada uşaq və gənclərin yaradıcılıq, yaşlıların isə ideoloji mərkəzinə çevrilmişdir.
Təbii ki, 2012-ci ildə şöbənin qarşısında daha böyük vəzifələr durur. Bizim bu sahədə həlli vacib sayılan, illərdən bəri yığılıb qalmış bir sıra problemlərimiz hələ də mövcuddur. İşimizdəki nöqsanları bir daha təhlil etməklə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün lazım olan bütün tədbirləri görəcəyik.
A.Abbasov,
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri

Şərh Yaz