Aşıq Ələsgər – 190. Yaddaqalan oldu

Azərbaycanın aşıq sənəti, milli aşıq poeziyası ədəbiyyat tarixində şərəfli yer tutur. Bu sənət növü şifahi xalq ədəbiyyatının bir qoludur. Onun özünəməxsus xüsusiyyətləri vardır. Söz demək qabiliyyəti, güclü yaddaşa malik olmaq, rəqs etmək, gözəl ifa bacarığı hər bir aşığa xas olan əlamətlərdir.
Ədəbiyyatımızda özünəməxsus dəsti-xəttə malik çoxlu aşıqlarımız olmuşdur. Onlardan biri də XIX əsr aşıq şeirirnin ustad sənətkarlarından biri olan Aşıq Ələsgərdir. Azərbaycan aşıq şeirinin inkişafında onun xüsusi xidmətləri vardır. Görkəmli aşığın anadan olmasının 190 ili münasibətilə bu günlərdə məktəbimizdə yubiley tədbiri keçirilmişdir. Ədəbiyyat müəllimlərimizin, kitabxanaçının birgə işi sayəsindəı baş tutmuş bu tədbir çox maraqlı olmuşdur. Tədbirdə Aşıq Ələsgərin ömür yolundan, bədii irsindən söhbət açılmış, onun qoşmaları, təcnisləri, dodaqdəyməzləri, ustadnamələri şagirdlərin ifasında səslənmişdir. Vaqif Talıbzadə, Aytən Mehdizadə, Aytac Məhərrəmli, Ayşən Osmanlı, Aytac Zahidli və başqaları aşığın şeirlərindən numunələr söyləmişlər.
Tədbirdə aşığın qoşmalarına bəstələnmiş mahnılar səslənmişdir. Səkkizinci sinif şagirdi Heydər Kərimli Aşıq Ələsgərin sözlərinə bəstələnmiş “Üzün məndən niyə döndü”, “Güləndam” mahnıları tarin, qarmonun müşaiyəti ilə ifa etdi. Seymur Səmədzadə tar ifaçılığı hamının xoşuna gəldi. IX sinif şagirdi Kamandar Əvəzli işə sazda bir neçə aşıq havası səsləndirdi. Dil-ədəbiyyat müəllimləri Gilas Musayeva, Eminə Orucova, Məhəbbət Osmanova və başqaları aşıq sənətinin ecaskarlığından, milli xususiyyətlərindən danışmışlar.
Tədbirin sonunda məktəbin direktoru Ramil Dadaşov öz fikirlərini bildirmiş, Aşıq Ələsgərin sənət dünyasının zənginliyindən söz açmışdır. Qeyd etmişdir ki, sənətkarın doğulduğu Göyçə mahalı doğma torpaqlarımızdır. Vaxt gələcək biz o yerlərə yenidən sahib olacağıq. Tədbir çox maraqlı və yadda qalan oldu.
Hakim Osmanov,
İsmayıllı şəhər 2 saylı tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz