İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun hüquq-mühafizə orqanları rəhbərləri ilə birgə İsmayıllı şəhərinin 5 nömrəli tam orta məktəbinin yerləşdiyi ərazi ətrafında yaşayan sakinlərlə görüşüb.
Başçı yola salınan ildə görülmüş işlərdən danışmaqla bərabər, cari ildə icra olunacaq işlər barəsində də açıqlama verib.
Toplantıda iştirak edən sakinlər sırasından müxtəlif məzmunlu məsələlərlə bağlı çıxış edənlər olub.
Başçı keçirilən görüşlərin Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun aparıldığını qeyd edib.
Sakinlərlə ərazidəki problemlər müzakirə olunub. Şəxsi arzu və təkliflər dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


