Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rayonun kənd və qəsəbələrində vətəndaşlarla səyyar qəbulları davam edir.

Yanvar ayında rayonunun Vəng  kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Vətəndaş-dövlət məmnunluğuna nail olmaq baxımından sakinlərin narahatlığına səbəb olan  və  onların həlli üçün araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb.  Həmin məsələlərin yaranma və həlli yolları araşdırılıb. Müzakirələrdən sonra  problemlərin aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə cavabdehlərə  müvafiq tapşırıqlar verilib. Səyyar qəbulların müntəzəm keçirilməsində başlıca məqsəd sakinləri narahat edən məsələləri yerində araşdırmaq və həllinə nail olmaqdan ibarətdir. Elə bu səbəbdən də keçirilən görüşləri sakinlər razılıqla qarşılayırlar.

Bir yanıt yazın