Tofiq Vəndamlının xatirəsinə
Sibir çöllərində kimsəsiz qalan,
Cavidin yoldaşı sən oldun, Tofiq!
Çörək pulu üçün şerini satan,
Hadinin sirdaşı sən oldun, Tofiq!
Hər sevən könüldə bir yuva quran,
Müşviqin qardaşı, sən oldun, Tofiq!
Qürbətdə vətən üçün yanan, odlanan,
Almasın göz yaşı sən oldun, Tofiq.
Gülüstan sülhünü viranə qoyan,
Bəxtiyar dünyası sən oldun, Tofiq!
Ömrünü şərəflə tez başa vuran,
Ölümü öldürən sən oldun, Tofiq!
Hüseynağa Qasımov
Toplayıb, təqdim edən: Fərman Məhəmməd Əzizli,
Azərbaycan Respublikasının Maarif Xadimi, Əməkdar müəllim, Qəbələ Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü

