3 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərinin Mərkəzi meydanından Şəhidlər xiyabanına və əks istiqamət marşrutu üzrə Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 3 İyun – Dünya Velosiped Günü münasibəti ilə veloyürüş keçirilib.
Veloyürüşün keçirilməsində əsas məqsəd 3 İyun – Dünya Velosiped Gününü qeyd etməklə yanaşı, veloyürüş idmanını rayonda daha da genişləndirmək, gənclərdə bu idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliği olub.
Veloyürüşdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və əmkdaşları, idmançılar, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri, eləcə İsmayıllı şəhər sakinləri iştirak ediblər.
Yürüşün sonunda iştirakçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin sertifkatları təqdim edilib.
“İsmayıllı xəbərləri”

