5 iyun 2024-cü il tarixində “Xalq Bank” ASC-nın İsmayıllı filialının direktoru Sənani Mustafayev İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin qonağı olub.
Kollecin direktoru dosent Kəmalə Süleymanlı qonağa kollec haqqında ətraflı məlumat verib, kollecin şəhid tələbə və məzunlarının əziz xatirəsinə qurulmuş xatirə lövhəsi ziyarət olunub.
S.Muatafayev “Xalq Bank”ın maliyyə dəstəyi ilə yazıçı və şairlərimizin yeni üslubda çap olunmuş əsərlərini kollecin kitabxanasına hədiyyə edib.
Kollecin direktoru K.Süleymanlı səmimi təşrif, eləcə də dəyərli hədiyyələr gətirdiyi üçün təhsil ocağının müəllim və tələbə heyəti adından “Xalq Bank” ASC-nın İsmayıllı filialının səxavətli direktoru S.Mustafayevə öz dərin təşəkkürünü bildirib.
K.Boyaqçızadə

