AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə İsmayıllıda 12 yaşadək qızlar arasında “Bahar turniri”nə yekun vurulub.

İsmayıllı Olimpiya-İdman Kompleksində keçirilən yarışda 8 komanda mübarizə aparıb. 6 nömrəli tam orta məktəbinin komandası turnirin qalibi olub.

Topçu kənd tam orta məktəbin komandası 2-ci, 5 nömrəli tam orta məktəbinin komandası 3-cü yeri tutub.

Yarış boyu ən yaxşı oyunçu adını  5 nömrəli  tam orta məktəbinin şagirdi Zəhra Hüseynova qazanıb.

Komanda qapıçıları arasında ən yaxşı qapıçı  Topçu kənd tam orta məktəbin şagirdi Nuray Vəlizadə hesab olunub.

Yarışın ən məhsuldar oyunçusu adına 6 nömrəli tam orta məktəbinin şagirdi  Nigar Əliyeva layiq görülüb.

Nərmin Məmmədli

 

 

 

Bir yanıt yazın