Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində qalib gəlmiş Nitqin sənin kimliyindir” adlı layihə çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsi, İsmayıllı rayon Qoşakənd kənd tam orta məktəbində “Natiqlik və diksiya” dərnəyi fəaliyyət göstərir.
21 fevral 2024-cü il tarixdə “Natiqlik və diksiya” dərnəyi üzvlərinin təşkilatçılığı və iştirakı ilə Qoşakənd kənd tam orta məktəbində 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr edilmiş geniş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ziyəddin Mövlamov ana dilimizin ülviliyindən, şirinliyindən və müqəddəsliyindən söz açıb. O, ana dilimizi ürəkdən sevməyi, onu dərindən öyrənməyi və yad ünsürlərdən qorumağı şagirdlərə tövsiyə edib. Tədbirin beş ay ərzində məktəbdə fəaliyyət göstərən “Natiqlik və diksiya” dərnəyinin bir növ həm də hesabat tədbiri olduğunu vurğulayan məktəb direktoru sözü dərnək üzvlərinə verib. Layihə iştirakçılarının təqdimatında ana dilimizə həsr olunmuş ədəbi-bədii kompozisiya və bədii qiraət nümunələri iştirakçılar tərəfindən hərarətlə qarşılanıb.

H.Əsgərov

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir