Peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərdə fevral ayı “Peşə ayı” elan olunmuş və 3 istiqamət üzrə “Açıq qapı” günləri keçirilməsi nəzərdə tutulmuşdu.
24 fevral 2024-cü il tarixində 3-cü istiqamət üzrə E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin peşə təmayüllü siniflərinin qonağı dövlət və özəl qurumların nümayəndələri olub.
“Açıq qapı” günündə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbəri Cəlil Bağırov və mərkəzin digər əməkdaşları, UGİM-in metodisti Ülviyyə Cəbiyeva, daha bir neçə özəl sektorun mağazalar şəbəkəsinin nümayəndəsi tədbirdə iştirak edib. Qonaqlar toplantının məqsədini açıqlayan çıxışlar ediblər.
Sonda şagirdlərin hazırladıqları əl işlərinə baxış keçirilib, suallara aydınlıq gətirilib.
Dəvətlilərə tədbirdə iştiraka görə təşəkkür edilib. Görüş xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.
“İsmayıllı xəbərləri”