İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hamımıza doğma olan şəhid ailələri ilə bir araya gəlib. Bərəkətli bayram süfrəsi kənarında səmimi söhbət əsnasında şəhid ailələrinin gündəlik qayğılarına bir daha diqqət yetirilib.
İsmayıllıda şəhid ailələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarından məmnundurlar. Başçı bayramlar münasibətilə şəhid ailələrini, onların timsalında rayonun əhalisini təbrik edib.
Əlamətdar görüş xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.