N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin tarix müəllimi Ülkər Süleymanovanın təşəbbüsü və kitabsevər şagirdlərin dəstəyi ilə fərqli, kreativ “şam ağacı” hazırlanıb.

Belə ki, onlar məktəbin kitabxanasında il ərzində oxuduqları kitabları bir araya gətirərək, həmrəylik nümayiş etdirib, fərqli “şam ağacı” hazırlayıblar.

“İl ərzində oxuduğumuz kitablar” adlı layihə çərçivəsində şagirdlər mütaliə etdikləri 3000-ə yaxın kitabdan qarşıladığımız ilin şərəfinə 2024 ədədini istifadə etməklə, oturacağının diametri və hündürlüyü 2024 santimetr olan diqqət çəkən bir “şam ağacı” yaradıblar.

İnternet əsri olmasına baxmayaraq, layihənin məqsədi gənclərdə kitab oxumaq vərdişini aşılamaq olub.

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir