Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun İcra Hakimiyyəti tərəfindən rayonun kənd və qəsəbələrində, eləcə də İsmayıllı şəhərinin, müəssisə və təşkilatlarında, ayrı-ayrı məhəllələrdə vətəndaşların səyyar qəbulu davam edir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun Girk kəndində keçirilən qəbulda sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib, arzu və təkliflər dinləndikdən sonra araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Qəbulun gedişi zamanı qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə təşkilat rəhbərlərinə və cavabdeh şəxslərə müvafiq tapşırıqlar verilib.

İsmayıllı xəbərləri”

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir