Argentina-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Argentinanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Marianxeles Belluşi, səfirin müavini Viktor Marzari, səfirliyin siyasi və iqtisadi şöbəsinin əməkdaşı, tərcüməçi Ülkər Həsənova iqtisadi və ticari sahələrdə ikitərəfli əməkdaşlıq və mübadilə imkanlarını təşviq etmək, həmçinin özəl kənd təsərrüfatı və sənaye istehsalat müəssisələrinə baxış keçirmək məqsədilə İsmayıllıda rəsmi səfərdə olub.

Görüşün sonunda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən xanım Marianxeles Belluşiyə xatirə hədiyyəsi təqdim olunub.

Son dərəcə səmimi və mehriban şəraitdə keçən görüşdə səmərəli danışıqlar aparılıb. Xanım Marianxeles Belluşiyə İsmayıllı rayonu haqqında geniş məlumat verilib. Rayonun bir sıra görməli yerləri ilə tanış edilən səfir xanım regionumuzun turizm potensialı barədə yüksək fikirlər söyləyib.

Rəsmi qonaqlar əvvəlcə İsmayıllıdakı Heydər Əliyev Mərkəzində olub, Ulu öndərin  həyat və fəaliyyətini əks etdirən eksponatlarla, eləcə də Mərkəzdə fəaliyyət göstərən dərnəklərin işi ilə maraqlanıblar və xalçaçı sahibkar Ruhiyyə Süleymanavanın xalça sexində olublar. Burada görülən işlərlə ətraflı tanışlıqdan sonra İvanovka kəndindəki qənnadı fabrikində istehsal prosesini müşahidə ediblər.

Sonda Hacıhətəmli kəndində üzümçülük və şərabçılıq işinin səviyyəsi ilə tanış olan qonaqlar İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir