Dekabr ayının 6-nı rabitə və informasiya texnologiyaları sahəsi işçiləri peşə bayramları günü kimi qeyd edirlər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bu münasibətlə rabitə və telekommunikasiya qovşağının işçiləri ilə birgə ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Ziyarətçilər abidənin önünə gül dəstələri qoyublar.
Rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri üçün böyük önəm kəsb edən bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq qeyd olunur.
Ölkəmizdə rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu sahəyə də xüsusi diqqət və qayğı göstərirdi, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi.
Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə rabitə sahəsi üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə başçı uğurlar biləyib. O həmçinin rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib.