Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı qabaqcadan tərtib və təsdiq olunmuş qraqfikə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşlarla səyyar qəbullar keçirməyi davam etdirir.
İsmayıllı rayonunun Minkə kəndində keçirilən qəbulda sakinlərlə ərazidəki ümumi problemlər müzakirə olunub. Onların arzu və təklifləri dinlənilib. Araşdırılması vaxt tələb edən müraciətlər qeydiyyata alınıb. Məsələlərin bir qisminə görə aidiyyəti üzrə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Səmimi söhbət şəklində keçən səyyar qəbulda dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə sakinlər minnətdar olduqlarını ifadə ediblər.