İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Regional İnkişaf” ictimai birliyi (RİİB) tərəfindən kollecin bir qrup tələbələri ilə görüş keçirilib.

Gənclərin ictimai fəallığının artırılması, onların könüllü fəaliyyətə cəlb edilməsi və şəbəkələşməsinə dəstək verilməsi məqsədilə keçirilən görüşlərdə ictimai birliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, qarşıya qoyulan vəzifələrin icrasında könüllülərin rolu və könüllülərlə işin təşkili barədə danışılıb. Tədbirdə, həmçinin RİİB könüllüləri sırasına qoşulmaq üçün müraciət qaydası izah edilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

RİİB könüllüsü olmaq istəyən bir qrup tələbə arasında müsahibə keçirilib. Müsahibəni uğurla keçən tələbələrin qeydiyyatı aparılıb və onlar RİİB tərəfindən həmyerlimiz Nadir Adilmanın (Nadir Adilovun) “Könüllünün özəl kitabı” adlı kitab ilə mükafatlandırılıblar.

İsmayıllı xəbərləri”

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir