İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşlarının iştirakı ilə növbəti aylıq seminar keçirilib.

MKS-nin direktoru Orxan Ağayev iştirakçıları salamladıqdan sonra inventarlaşdırma aktlarının düzgün hazırlanması və hesablanması qaydaları haqqında məlumat verib.

Siyasi və məzmunca əhəmiyyətini itirmiş, oxucular tərəfindən uzun illər istifadə olunaraq yararsız vəziyyətə düşmüş kitabların silinməsini qeyd olunub. İşçilərə il ərzində görülmüş işlərlə bağlı hesabatın hazırlaması tapşırılıb.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Əbilova çıxışında “Qərbi Azərbaycan tarixi torpaqlarımızdır” başlıqlı sərgilərin, stendlərin hazırlamasının vacibliyini kitabxana əməkdaşlarının diqqətinə çatdırıb.

İnformasiya-resurs şöbəsinin müdiri Esmira Mikayılova “10 Dekabr-İnsan Hüquqlarının Müdafiəsi Günü”, 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə bağlı tədbirlərin keçirilməsinin və bu barədə məlumatların kitabxananın sosial səhifələrində ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.

Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Zərifə Qəndiyeva kitabxanaya yeni daxil olan kitablar barədə danışıb. Onların kitabxana qaydalarına uyğun işlənərək filiallara təqdim olunacağını bildirib.

Sonda İsmayıllı rayon MKS-nin Xəlilli kənd kitabxana filialının əməkdaşı Şövkət Şirəliyeva kitabxana sahəsində səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibəti ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva tərəfindən hədiyyə və Fəxri fərmanla təltif edilib.

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir