“Prezident Adminstrasiyasının və Ədliyyə Nazirliyinin müvafiq qurumlarının Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi vacib layihələr nəticə etibariylə bələdiyyə sisteminin tam qurulmasına və ləngimiş işlərin hərəkətə gətirilməsinə zəmin yaradacaqdır” – bu fikirləri İsmayıllı Rayon bələdiyyələrinin Əlaqələndirmə Şurasının, eləcə də İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev rayonun bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə keçirilən iclasda deyib.

Sədrin açıqlamalarına görə, BAMS-ın təkmlilləşdirilməsi, proqrama yeni funksiyaların əlavə edilməsi, ən əsası  bu sistemin Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi bələdiyyələrin büdcə gəlirlərinin artmasına şərait yaradacaq, habelə, Ədliyyə Nazirliyinin Bələdiyyələrə İş Mərkəzinin dəstəyi ilə BAMS-ın mobil notariat sistemi ilə əlaqələndirilməsi bələdiyyələrin fəaliyyətinə müsbət təsir edəcəkdir.

BAMS proqramının təkmilləşdirilmiş yeni versiyasının işlək vəziyyətə gətirilməsi ilə Adminstrasiyanın müvafiq sektorunun tövsiyə və tapşırıqları “Bələdiyyələrin onlayn xidmət mərkəzi” tərəfindən ciddi addımlar kimi yeniliklərin tətbiq edilməsinə şərait yaradacaq.

Bununla da göstərilən istiqmətlərdə müxətlif səpgili təkliflərin işdə tətbiqi hər bir bələdiyyənin məsuliyyət yükünü artırmış olacaqdır.

Sözsüz ki, atılan addımlar bələdiyyələrin maliyyə durumunun yaxşılaşmasına təsir etməklə yanaşı, qarşılaşdıqları problemlərin həllinə də köməklik göstərəcəkdir.

Şura sədri onu da bildirib ki, cari ilin 9 ayında İsmayıllı bələdiyyələrinin gəlirləri ötən ilin müvafiq dövründəkindən olduqca aşağıdır. Bundan əlavə, ötən illərdən İsmayıllı rayon bələdiyyələrinin müxtəlif orqanlara olan borclarının həcmi də kifayət qədərdir. Əldə edilən vəsait isə ancaq borcların silinməsinə və əmək haqqlarının ödənilməsinə yönəldilir.

Yeni sistem üzrə işin düzgün aparılması sözsüz ki, bələdiyyələrin büdcə gəlirlərinin artmasına səbəb olacaqdır.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov və şöbənin əməkdaşı Ehtiram Manafov iştirak etməklə bərabər, iclasın gündəliyində duran məsələlərlə bağlı irad və tövsiyyələrini iştirakçıların diqqətinə çatdırıblar. Bələdiyyə mənsublarını maraqlandıran məsələlər müzakirə olunub. Mövzu ilə bağlı suallar cavablandırılıb. İrəli sürülən təkliflər qeydiyyata alınıb.

Mehman Allahverdiyev,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir