S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbində İsmayıllı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili üzrə baş inspektoru, polis mayoru Rahim Orucov yuxarı sinif şagirdləri ilə “Sağlam həyat tərzi və narkomaniya” mövzusunda maarifəndirmə tədbiri keçirib.
Görüşdə həmçinin, ərazi üzrə sahə rəisi polis kapitanı Elsevər Mazanov, məktəb rəhbərliyi və müəllimlər iştirak etdilər.
Görüşü məktəbin direktoru T.Bağırlı açıb və qonaqları şagirdlərə təqdim edib. Tanışlıqdan sonra R.Orucov mövzu ilə bağlı ətraflı çıxış edib və yeniyetmələr arasında qanun pozğunluğuna gətirən səbəblər, onların qarşısını almaq yolları haqqında danışıb.
Məktəbin psixoloqu F.Səfərov ölkəmizin coğrafi cəhətdən narkotik maddələrin qaçaqmalçılığı və daşındığı beynəlxalq trassanın üstündə olmasından irəli gələn təhlükələrdən, məktəbdə “çətin” uşaqlarlar və risk qrupu şagirdləri arasında bu mövzuya dair aparılan diaqnostik və proflaktiki işlərdən danışıb.
“İsmayıllı xəbərləri”